Qadin.NET / Psixologiyanın 7 qaydası

Psixologiyanın 7 qaydası

 

1. Güzgülər qaydası

Məni əhatə edən insanlar – mənim aynamdır. Onlar mənim şəxsi kimliyimi əks etdirirlər, hansı ki, mən belə sezə bilmirəm. Məsələn, əgər kimsə mənə qarşı qanmazlıq edirsə, deməli, mən belə istəyirəm və buna icazə vermişəm. Əgər kimsə dəfələrlə məni aldadırsa, deməli, mənim istənilən kəsə inanmaq meyilliyim vardır. Buna görə də kiməsə acıqlanmağım yersizdir.

2. Seçim qaydası

Dərk edirəm ki, həyatımda bütün baş verənlər mənim şəxsi seçimimin nəticəsidir. Əgər bu gün mən darıxdırıcı bir insanla söhbət edirəmsə, bu mənim də sıxıcı və boğazayığıcı birisi olduğuma dəlalət edirmi? Pis insan yoxdur – bədbəxt insan vardır. Əgər mən onların problemlərini qazıyıramsa, deməli, bu mənim xoşuma gəlir. Buna görə də heç kimə qarşı iddia irəli sürmək lazım deyil. Mənimlə baş verənlərə baiskar elə özüməm. Taleyimizin müəllif və yaradıcısı özümüzük.

Psixologiyanın 7 qaydası

3. Xəta qaydası

Mən qəbul edirəm ki, səhv edə bilərəm. Mənim rəy və əməllərimi heç də kənardakılar qəbul etmək məcburiyyətində deyillər. Real dünya yalnız ağ-qara deyil, onun açıq-boz və tünd-ağ tərəfləri də var. Mən ideal deyiləm. Mən sadəcə yaxşı insanam və səhv etmək haqqına malikəm. Əsas olan – onu qəbul etmək və vaxtında düzəltməkdir.

4. Uyğunluq qaydası

Mən layiq olduğuma uyğunam. Nə çox, nə az. Bunun insanlarla ünsiyyət, pul və işə də aidiyyatı yoxdur. Əgər mən bir insanı tam sevə bilmirəmsə, onun məni sevməsini tələb etmək gülüncdür. Buna görə də mənim iddialarım mənasızdır. Bununla yanaşı dəyişməyi qərarlaşdırdığım zaman məni əhatə edən insanlar da dəyişir (yaxşı istiqamətə).

5. Asılılıq qaydası

Mənə heç kəs heç nə borclu deyil. Mən ki, təmənnasız olaraq bacardığım qədər hamıya yardım edə bilərəm. Bu da mənim üçün sevincdir. Xeyirxah olmaq üçün qüvvətli olmaq lazımdır. Güclü olmaq üçünsə inanmaq lazımdır ki, mən hər şeyi bacararam. Mən inanıram! Lakin “YOX” deməyi də bacarmaq lazımdır.

6. Hazır olmaq qaydası

Mən burada və hal-hazırda yaşayıram. Keşmiş deyilən şey yoxdur, çünki hər bir növbəti saniyədən sonra indiki zaman olur. Gələcək yoxdur, çünki o hələ baş verməyib. Keçmişə bağlı qalmaq depressiyaya gətirib çıxarır, gələcəyin qeydinə qalmaq isə həyəcan təbili çalır. Nə qədər ki, mən reallıqda yaşayıram, mən həqiqiyəm. Buna görə də sevinməyə dəyər.

7. Optimizm qaydası

Nə qədər ki, həyatı söyürük, o bizim yanımızdan ötüb keçir. Gözlər görür, ayaqlar yeriyir, qulaqlar eşidir, ürək döyünür. Qəlb sevinir.

Hazırladı: Fərid Abdullah

 

6 fevral 2020
GO BACK