Olanları qəbul edin
Yaşadığınız çətin anların öhdəsindən gəlmək vaib addımdır. Özünüzü yaxşı hiss etmədikdə, başınıza gələnlərə layiq olmadığınızı düşünmək yerinə qəbul etmək yükünüzü azaldacaq. İnkar etmək, əsəbiləşməyinizə səbəb olacaq. Qəbul etdikdən sonra düzgün addımlar ata bilərsiniz.
Özünüzə hobbi tapın
Bir çox insan çətin vaxtlardan daha çox özünə qapanır, zövq aldığı fəaliyyətlərdən uzaqlaşır. Bunu əsla unutmayın, ilk bir neçə günün pis keçirmək, kədərlənmək normaldır. Bu həftələr, aylar alırsa, köməyə ehtiyacınız var. Özünüzə qapanmayın, yeni hobbilər tapın. Vaxtınızı səmərəli keçirdikdə, mənfi düşüncələr sizi yormayacaq.
Unutmayın hər şey keçmişdə qalacaq
Bu günlərinin qaranlıq olsa da, keçmişdə çətinliklərin öhdəsindən gəldiyinizi xatırlasanız, işıqlı günlər uzaq deyil. Keçmiş keçmişdə qalacaq. Gələcəyə ümidlə baxın. Çıxış yolu həmişə var. Səbirli olun.