Son illərdə gənc qalmaq bir məqsəd olmağa başlayıb, xüsusilə qadınlar arasında həmişə gənc qalmaq istəyini nə ilə əlaqələndirirsiniz? İnsanlar bu yolda yığınla pul xərcləyirlər, riskli əməliyyatları gözə alırlar. Yaranan bu arzu necə bir düşüncəyə dayanır ki, bu cür risklər gözə alınır?
İnsan ömrü boyu aldığı təhsil, təlim , sosial-iqtisadi ətraf və əxlaqi inkişafı ilə birlikdə və əldə etdiyi təcrübələriylə həyata müəyyən bir baxış mövqesi qazanır. Bu baxış mövqeyində əgər gözlərini daha çox daxili dünyasına və mənəvi ruhi inkişafına çevirərsə həyatını daha çox mənəvi təkamülə yönləndirə bilər. Ancaq belə bir yol seçilmədiyi təqdirdə, daha çox vizual və yazılı kütləvi informasiya vasitələrinin özlərinə təqdim etdiyi, tək tipdə (gözəl və cazibədar qadın) imicini qəbul etdiyində, davamlı öz fiziki bədən quruluşu ilə məşğul olaraq daha çox gözəlliyinə ağırlıq verəcəkdir. Və bu gözəllik üçün də lazım olan heç bir maddi xərcdən boyun qaçırmayacaqdır. Xüsusilə həyatın gözəlliklə daha tez və asan əldə edildiyini düşünən insanlar bu yolla daha rahat bir həyata qovuşacağını zənn etdiklərindən belə bir məşğuliyyət dalına düşürlər. Bu cür həyatlarda həmişə “mış” kimi mənliklər yaranacağından vaxt keçdikcə öz mənliyindən çox uzaq yalançı şəxslər ortaya çıxar. Və işin qəribə tərəfi bu cür gözəlliklərdən sonra mənəvi dünya ümid etdiyini tapmayanda daha böyük travma alacağından bu dəfə gözəl və bədbəxt qadınlar ətrafımızda artmaqda davam edir. - Qocalmaq fobiyası var? Hansı yaşda başlayır?Arzuladığı bir həyatı yaşaya bilməyən insanlarda qocalmaq qorxusu təbii ki yaranmaqdadır. Çünki şəxs əvvəl-axır arzuladığı həyata qovuşacağını ümid etdiyindən heç vaxt qocalığın qapısına dayanmasını istəməz. Açıqcası bunun üçün müəyyən bir yaş yoxdur. Bizim qocalmaq dedikdə düşündüyümüz fiziki qocalmadır ki, o da inkişaf pilləsində hər kəsin bildiyi 50-55 –dən sonrakı həyatdır. Əsl qocalma psixoloji olaraq başladığı üçün bu hər kəsin həyatına və psixikasına görə fərqli pillələrdə başlayır. Və bu da çox vacibdir ki, hamıda qocalma qorxusu və qayğısı yoxdur. İndiki zamanda bu qədər çox xərçəng, şiş xəstəlikləri artmışkən bəlkədə qocalmaq həyatın ən gözəl mərhələlərindən biri belə sayıla bilər.
- Dəyərli bir həyat üçün gənc qalmaq istəyindən çox sağlam bir beyin və bədənə sahib olmaq istəyi bizlər üçün qəbul edilən bir arzudur, başqa cür ancaq fiziki (xarici) bir görünüş istəyi olur. Bu haqda nə deyə bilərsiniz?
Bu mövzuda şəxsi ideallardan bəhs etmək istəyirəm. Çünki, şəxsin həyatında bir hədəf varsa, bu maddi və mənəvi də ola bilər. Şəxs hədəfinə çatmaq üçün hər zaman etməsi vacib olanları böyük bir motivasiyayla yerinə gətirmək istəyir. Bu bəzən uşağını böyüdüb, oxudub, evləndirmə arzusu ola bilər, bəzən yaxşı bir karyera, bəzən böyük bir nailiyyət. Bütün bunlar şəxsin həyatında vacib enerjini təmin edəcək ünsürlərdir. Dəyərli bir həyat hamımızın bildiyi kimi əvvəlcə dinclikdən keçər. Dinc həyatda daxildən gəldiyi üçün daha çox daxilinə bağlı həyata baxan insanlar çox daha müvəffəqiyyətli ola bilərlər. Həyatı dəyərli yaşamaq istəyən insanlar bilirlər ki, həyatda müəyyən bir kodla dünaya gəlirlər. Kodlarımızda olan həqiqət hər zaman özümüz və digəri üçün özgəçil olmaqdır. Başqaları üçün yaxşılıq edən insan hər zaman üçün həyatında bir dəyər hiss edər. Onun üçündür ki, qocalmaqdan qorxmaq yerinə daha çox yaşayaraq insanlara kömək etmək istəyər. Həyat sadəcə fiziki gözəllikdən ibarət düşünülərsə, təbii ki qocalmaq ürküdücü gələ bilər. Halbuki, insan biopsixososial varlıqdır. Qocalırkən sadəcə bioloji yaşlanır. Halbuki, psixoloji mənada daha çox təcrübəyə sahib bir yaşlı mahiyyətini qazanır və sosial mənada yaşlı olduğu üçün daha bir hörmət qoyulur. Nə qədər maraqlıdır həyata sadəcə biloji tərəfdən baxmaq elə deyilmi? Çünki qocalan sadəcə ət və sümükdən ibarət orqanizmadır. İnsan hər il keçdikcə ruhi təkamülə bir az daha yaxınlaşır əgər kodlarına uyğun yaşasa.
- 60 yaşındakı qadınların 20 yaşındakı insanların paltarlarına həvəslənib, onlar kimi geyinməsini necə dəyərləndirirsiniz?
Öz mənliyi ilə barışa bilməyən insanlar heç bir yaş dövrü ilə sülh qura bilmədiklərindən 60 yaşıyla da heç cürə qaynaşa bilmir. Yenə bu yaşla münaqişə yaşayaraq sanki 20 yaşındaymış kimi həyatını davam etdirir. Lakin, kliniki təcrübələrimə dayanaraq belə bir nəticəyə gələ bilərəm. O da, qarşı cinslə sağlam münasibət qura bilməyən qadınların qocalmağı qəbul etməkdə çətinlik çəkmələridir. Çünki, ruh yaşlanmadığı və hələdə bəyənilmə arzusunu təmin etmək üçün, yaşı ilə təzad yaradacaq davranışlar, ya da geyim tərzində özünü büruzə verir. Şəxsin həyat yoldaşı ilə yaşadığı təmin edici münasibətlər bu cür münaqişələri ciddi şəkildə azaldır.
-Gənc qocalmaq fikri doğrudur? Mütləq həmişə gəncliyin dalınca qaçaq yoxsa hər yaşın öz gözəlliyini yaşayaq?
Cavabı sualın içində mövcud olduğundan təbii ki hər yaşın öz gözəlliyini yaşamaq çox daha mənalıdır. Gənc qocalmaq fikri ruhi cəhətdən doğrudur.
- Necə olmalıdır? Hər yaşın gözəlliyini necə qəbul edib yaşaya bilərik?
İnsan övladı yaşadığı müddətdə bir neçə inkişaf pillələrini keçir. Pillələrdən biri məhsuldarlıq pilləsidir ki, bu pillədə bir şeylər edə bilmiş insanlar digər pillələrə çox daha sağlam keçə bilir. Ya da şəxsiyyətin formalaşdığı bir digər pillə var ki, bu pillədə sağlam duran insanlar qocalığı daha asan qəbul edə bilir. Belə ki, cavanlıqda təhsilini başa vuraraq, bu maddi ya da mənəvi ola bilər. Evliliyində də istədiyi bir yuvanı qurub, uşaq sahibi olub, çalışmaq istədiyi sənətə yiyələnən insanlar çox daha asan qocalığın gözəlliyini hiss edib, qəbul edə bilirlər. Həyatın bir yerində ilişib qalmış insanlar daha sonrakı pilləyə keçməkdə çətinlik çəkdiklərindən qocalıq pilləsini heç cür qəbul edə bilmirlər. Unutmamalıyıq ki, bütün bu müddətdə təbii ki, bir çox dəstək olmayanlar, səddlər, maneələr, kədərli şeylər qarşımıza çıxacaq. Yaşanılacaq bütün bu mənfi hadisələrdə baxmamız lazım olan ilk həqiqət, nə etməliyəm? Başıma gələn bu hadisəylə necə baş edə bilərəm? Bu müddətdən sağlam necə çıxmalıyam? kimi suallarla yaşayıb, nə edəcəyini doğru bilən insanlar həyatı boyunca özlərinə sonsuz məlumat almaq qapılarını aça bilərlər. Belə bir həyat tərzini mənimsəyən insanlar həm özlərinə, həm də başqalarına hər zaman kömək edə biləcək məlumat xəzinəsinə sahib ola bilərlər. Problemlərə boyun əymədən baş etməyi öyrənsək həyatın bütününü öyrənmişik deməkdir.
XƏBƏR LENTİ
Prezident İlham Əliyevə BMT-nin Əhali Fondunun mükafatı təqdim olunub
Kremli şabalıd şorbası (foto-resept)
Fahriye Evcen hər gün Buraka yemək aparır-SƏBƏB
Müdrik fikirlər
NATO-da İrəvana qarşı tələb
Korotçenko: “Hadrutda təxribat törədən ermənilərə terrorçular kimi baxılmalıdır”
Dünyanın İT şirkətləri Azərbaycanda birgə istehsal yarada bilərlər
Boyunu sağa-sola fırlatmaq təhlükəlidir-XƏBƏRDARLIQ!-VİDEO
Mesut Özil və Amine Gülşenin qızı doğuldu-FOTO
Bergüzar Korel də etiraz səsini ucaltdı
Uşaqlarla tətil
Gəlinin və onun rəfiqələrinin geyimi
Cennifer Lopezin "fotoşopsuz" şəkilləri
İlham Əliyev Vatikanda Qarabağı gündəmə gətirdi
Saçlara qulluq
Mayli Sayrus Yemi İmicdə-FOTO
Qoca olsa da, istedadı onu cavanlaşdırdı
Kişi hansı halda arvadından boşana bilməz?
Sarkisyan niyə Davudoğlu ilə görüşmək istəmir?
Aleyna Tilkinin bədxərc olduğu üzə çıxdı
Həkim xəbərdarlığı!
Bakıda daha belə ət ala bilməyəcəksiniz
Bu mesajı alsanız "WhatsApp"ınız çökə bilər
Hazal Kaya gəlin olacaq-FOTO
Xərçəng xəstəliyinin müalicəsi tapıldı
İşləyən analar günahkarlıq hissindən necə xilas ola bilər?
Bu qadın 20 ildi yaşıl geyinir - FOTO
Günün qoroskopu: ailə üzvləri ilə fikir ayrılıqları mümkündür
"Prezident İlham Əliyev sənət adamlarına, ziyalılara öz diqqətini heç zaman əsirgəmir"
Xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri cəbhə barədə məlumatlandırıldı
Şəhid olmuş hərbi qulluqçuların ailələrinə pensiya necə təyin edilir? - AÇIQLAMA
İştah kəsən banan çayı
Pensiyaçılara bayram müjdəsi
Dünyanın ən bahalı şokoladı
Sabahın HAVAsı
Cütlüklərin üzük yerinə istifadə etdiyi döymələr
Sabah Azərbaycanda bu yollar bağlanacaq
İslamın əzəmətli qadını Xanım Zeynəbin (s.ə) mövludu günüdür
Ərdoğan Qarabağ üçün nazirləri toplayır
Sobada tərəvəzli salat (foto resept)
Çində satıcısız mağazalar istifadəyə veriləcək
İspaniya çempionatının ən yaxşıları açıqlandı
Keytin bu paltarı çox bəyənildi - FOTO
Kim istəməz gözəl olsun?
Təhsil Nazirliyi yeni "Şahmat" dərslikləri çap edib
Hamiləlikdə hansı kosmetikanı seçmək lazımdır?
Bakıda ikinci əl avtomobillər bahalaşmağa başladı
Siz bunları bacarırsınızmı?
Müdafiə Nazirliyindən əhaliyə ÇAĞIRIŞ
Divan dəsti seçimi
- ŞƏRHLƏR