Bunu bilməyə nə var ki?
Gülən insana baxın. Şübhə yoxdur ki, həmin an o vəziyyətdən razıdır. Qaşqabaqlı adamı nəsə narahat edir, beləsinə "qanı qaradır" deyirik, acıqlı baxan adama isə yaxınlaşmaq belə istəmirsən, "hirsli başda ağıl olmaz" axı. Bədənimiz psixoloji durumumuza uyaraq, şəkildən-şəklə düşür, bəzən dillə deyə bilmədiyimiz məqamları həmsöhbətimizə açır. Bütün dünyada insanlar nəyisə təsdiqləmək üçün başını yırğalayır. Bu jest sanki insanla birgə doğulur, hətta korlar və karlar belə bu jestdən istifadə edirlər. İnkar məqsədi ilə başımızı yelləməmiz də belə universal jestlərdəndir və çox güman ki, uşaqlıq dövründə formalaşır. Doymuş uşaq qaşıqdan "canını qurtarmaq" üçün başını sağa-sola yelləyir, bunun işə yaradığını görən balaca böyüdükcə nəyisə inkar etmək və ya narazılığını bildirmək məqsədilə həmin jestdən istifadə etməyi öyrənir. Biri suala cavab əvəzinə çiyinlərini çəkir. Nə düşündünüz, niyə belə edir? Buna əlavə olaraq qaşlarını dartaraq, ovuclarını göstərir. Bəli o, sualın cavabını bilmir və ya nədən söhbət getdiyini anlamır.
Şüurlu davran!
Yəqin çoxlarınız eşitmisiniz ki, əlləri sinədə çarpazlamaq yaxşı deyil. Bu, belədir. Çünki sinə hissədə ən güclü enerji mərkəzlərindən biri yerləşir. Əlləri bu hissədə çarpaz tutmaqla həmin mərkəzin enerji mübadiləsini kəsmiş oluruq. Belə adam haqqında psixoloq əminliklə deyə bilər ki, bu an insan özünü ətrafa "qapamışdır". Diqqət yetirsək, bunu onun baxışlarından da sezə bilərik. Yalan danışan adamı çox vaxt jestləri və kiçik mimik hərəkətləri "ələ verir". Məsələn, nə qədər əmin səslə yalan söyləsəniz belə üzünüzün pörtməyi, gözlərinizi tez-tez qırpmanız, göz bəbəklərinizin daralması, ya da genəlməsi, alnınızın tərləməsi yalanınızı faş edər. Biz yalan danışarkən, əksər hallarda, əllərimizi, xüsusən də ovuclarımızı gizlətməyə çalışırıq. Hətta kiçik uşaq belə yalan deyəndə yumruqlarını arxasında gizlədir.
UPS!
Bəzən eyni jestlər ayrı-ayrı ölkələrdə müxtəlif mənaları bildirir. Məsələn, yuxarı qaldırılmış baş barmaq bizdə və bir çox ölkələrdə "əla" deməkdir. Amerikada, İngiltərədə, Avstraliya və Yeni Zelandiyada bu, yol kənarında maşın saxlamaq üçün bir işarə ola bilər. Yunanlar bu işarə ilə "kəs səsini" deyirlər. İndi təsəvvür edin: amerikalı Yunanıstanda maşın saxlamaq istəyir!
Və ya...Baş barmaqla şəhadət barmağın dairəvi şəkildə birləşdirilməsi əksər ingilisdilli ölkələrdə "hər şey yaxşıdır" anlamına gələrək, "ok" ifadəsini əvəz edir. Lakin Fransada və bir sıra Avropa ölkələrində bu, "sıfır", "boşluq" deməkdir. Yaponlar bu jestlə "pul"u göstərirlər., Aralıq dənizi ölkələrində isə bu jestinizi söyüş kimi qəbul edərlər. Bunlar onu göstərir ki, danışanın milli xüsusiyyətlərini nəzərə almadan onun jestlərini yozmaq necə arzuolunmaz hallara yol aça bilər. Odur ki, söhbət zamanı ünsiyyətdə olduğunuz insanın milli mənsubiyyətini nəzərdən qaçırmayın.
Bir şeyi də unutmayın!
Jestləri mənalandırmağa çalışarkən, eyni zamanda danışanın sözlərinə, səs tonuna, şəraitə fikir verməyiniz vacibdir. Məsələn, boyunun arxasını qaşıyan insanı kəpək, bit də narahat edə bilər və ya bu jestlə o, özünə inamsızlığını, nəyisə unutduğunu, hətta yalan danışdığını büruzə verər.Tam, dolğun interpretasiya üçün jestlərə onları müşayiət edən bir sıra elementlərlə birgə kompleks şəkildə nəzər yetirmək gərəkdir.
XƏBƏR LENTİ
Pendirli rulet börek (foto resept)
Sabahın HAVAsı
Bu gündən etibarən bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək - QAYDALAR
"Heyvanların ibadəti"
Enrike ilk dəfə əkizlərindən danışdı
Nasa Günəşə kosmik gəmi göndərir
Heyvanın faydaları
Yaz havası olacaq
Düşmənimizi yaxından tanıyaq
"Biz nə təxribata çəkildik, nə də təxribata getdik"
Bakıda Bilik Günü üçün hava proqnozu açıqlandı
Yer əhalisi çoxalır
“Qəbələ” jurnalistin ölümü ilə bağlı bəyanat yaydı
Coğrafiya İnstitutundan müşahidə edilən hava haqqında AÇIQLAMA
Körpələr üçün maraqlı hədiyyələr
Culiya Roberts kimi yaşlanmağa qalib gəlin
Keçmişin 3 milyarderi
Sevgisi divarlarda qalanlar
Armudun faydaları
Prezidentdən Şuşaya yol çəkilməsi ilə bağlı göstəriş: Hansı ərazilərdən keçəcəyi bilindi - RƏSMİ
Neftin qiyməti enir
Sarıkökün faydaları
Mercedes SLS AMG-nin salonu lüks oldu
Duma qondarma " erməni soyqırmı"na dair bəyanat verəcək
Ön cəbhədə pulemyotlar işə düşdü
Hava haqqında
Şeron Stoundan yeni FOTOsessiya
Yeni il bəzəyinin içindən ilan çıxdı - FOTO
Kadirdən Neslihana: "Artıq qayıt"-FOTO
"Supermen" olmaq istəyirsiniz?
Dünyanın möhtəşəm mənzərəli yolları
"Microsoft" "Facebook"u almaq istəyib
Gözəlliyi ilə seçilən məşhurlar və övladları
Azərbaycan sinoptiklərindən hava müjdəsi
Aparıcı 4 milyonluq evini partlatdı-FOTO
Günün ulduz falı
Valeri Meladze Gürcüstan vətəndaşlığı almaq istəyir
"Hansısa münaqişə həll olunmadıqda başqa münaqişə doğurur"
Prezident ailəsində xoş gün-36 il birlikdə!
Pulun iyinə komadan oyandı
Uşaqlar üçün bəzək əşyaları
Mirvari, gözdə axan şəlalə
Merve Bolğur psixoloji yardım alır-SƏBƏB
Avropada Windows phone zəiflədi
Hava şəraiti kəskin dəyişəcək
Təqaüdlərin məbləği açıqlandı
Malayziyanın ən gənc milyarderi - FOTO
Çağatay sevgilisindən yeddinci dəfə ayrıldı
Sultan Basmati düyüləri - Süfrələrin şah dadı!
Azərbaycanda dolların məzənnəsi kəskin qalxdı
- ŞƏRHLƏR