Qısqanclıq hər kəsə tanış olan bir duyğudur. Arabir edilən qısqanclıq əlaqənin canlı qalmasını təmin edə bilər. Ancaq bu qısqanclıq narahat etdikdə bə həddini aşdıqda zərər verici ola bilər. Qısqanclığın təsirlərini yüngülləşdirmək üçün bəzi üsullar var.
Qısqanclığın təsirlərini azaltmaq səbir və səy tələb edir. Hər kəsin qısqanclıq səbəbləri və hissləri fərqlidir. Qısqanclıq mövcud olan eşqə və əlaqəyə, onun keyfiyyətinə istiqamətlənmiş bir reaksiyadır. Qibtə və həsəddən fərqli olaraq qısqanclıqda həmişə itirmə qorxusu vardır. Qısqanan insan bir çox duyğunu eyni anda yaşar, ağlından min cür düşüncə keçər, bir çox fərqli davranış formaları nümayış etdirər.
Duyğular: Əsəbilik, kin, kədər, həsəd, alçaldılma.
Düşüncələr: İncimə, günahlandırma, özünü rəqiblə müqayisə etmə, imicin sarsılmasından qorxma, özünə yazığı gəlmək.
Davranışlar: Özünü əldən düşmüş hiss etmək, titrəmək və tərləmək, davamlı sual vermək və qarşındakından davamlı zəmanət istəmək, təcavüzkar davranışlar, hətta şiddət.
Öldürər də, dirildər də
Qısqanclıq dozasında olduğu müddətcə, mövcud olan bir əlaqənin qorunmasını təmin edə bilər. Qarşısındakına əmək verməyə, onun özünü qiymətli hiss etməsi üçün səy göstərməyə yönəldər. Üstəlik, duyğuları gücləndirər, məhəbbətin daha da alovlanmasını təmin edər və sevişmələri daha ehtiraslı edər. Amma bir də həddini aşdığı vəziyyətlər var…
Bəzən qısqanclıqda hədd aşılır. Məsələn, həyat yoldaşı köhnə bir tanışıyla rəqs etdiyi üçün bir kişi döyüşə bilər və ya qadın həyat yoldaşının yeni müdiri gözəl bir qadın olduğu üçün hövsələdən çıxar. Bu növ qısqanclıqlar gərginlik yaradar. Qarşıdakı insan isə qısqanclığa yer verməmək üçün davamlı təmkinli davranmaq məcburiyyətində qalar. Vəziyyətin fərqində olan qısqanc tərəf isə özünü haqlı çıxarmaq haqda düşünər.
Çıxış yolu nədir?
Cütlüklərə bəzən həyatı dar edən, ayrılmalarına belə gətirib çıxaran qısqanclıq duyğusuyla mübarizə aparmaq əslində heç də asan deyildir. Uzun vaxt və əmək istəyən bir mübarizə ola bilər. Əgər qısqanclığınızın uşaqlığınızda yaşadıqlarınızdan qaynaqlandığını düşünürsünüzsə, psixoloqa müraciət etmənizdə fayda var.
Uşaqlığınızla əlaqədar olaraq münasibətlər qura bilmirsinizsə, o zaman bu məqamları nəzərdən keçirməniz faydalı ola bilər. Qısqanclığınızın həqiqi olub-olmadığını nəzərdən keçirin. Onu niyə qısqandığınızı düşünün. Sizin rəftarınız əlaqənizin pisləşməsinə səbəb olurmu? Qısqanclıq əlamətləri hiss etdiyiniz zaman tərəf-müqabilinizin sizi sevdiyini, sizə bağlı olduğunu və sizə hörmət etdiyini xatırlayın. Sevilməyə layiq, xoş bir insan olduğunuzu və tərs gedən bir şeylərin olmadığını öz-özünüzə söyləyin.
Həyat yoldaşınız sizə göz açmağa imkan vermirsə...
Hadisəyə fərqli tərəfdən yanaşın. Qısqanclığın eşqin əlaməti olduğunu xatırlayın. Dərhal özünümüdafiyəyə keçməkdənsə, onu anlamağa çalışın.
Öz davranışlarınızı nəzərdən keçirin. Müəyyən davranışlarınızın tərəf-müqabilinizin sizi qısqanmasına səbəb olduğunu bilirsinizsə, bu davranışlarınızı dəyişdirməyə çalışın.
Verdiyiniz sözlərə əməl edin, əməl edə bilməyəcəyiniz sözləri isə verməyin.
Onun etibarını inkişaf etdirin. Onu nə qədər sevdiyinizi söyləmək üçün hər fürsəti qiymətləndirin. Onu niyə sevdiyinizi izah edin. Kompliment deyin, gələcək xəyallarınızı bölüşün.Əgər yenə nəticə ala bilmirsinizsə, birlikdə mütəxəssis psixoloqla məsləhətləşə bilərsiniz.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Allahşükür Paşazadə İordaniyaya səfər edəcək
Azərbaycanlı yeni canlı kəşf etdi
.Bakıda möhtəşəm şeir gecəsi
İspan dili 17-ci dərs
Küçə sənəti
Xəstəlikləriniz haqda hər şeyi bilirsiniz?
Balqabaqlı sıyıq(foto resept)
Azərbaycanda film çəkilişlərinə start verilib
Yaydan sonra kökəlməyin
Çobanyastığının qadını gözəlləşdirən xüsusiyyətləri
Onları marixuana sağaldır?
Gecə ərzində düşmənin məhv edilən döyüş texnikaları - VİDEO
Çağrılmamış qonaqlar və qonaqlıq(II)
Bellanın görünüşü hər kəsi qorxutdu-FOTO
Ətəklə necə dəbli görünmək olar?
Şirələrin faydaları
Ruhlarla danışmaq üçün qurğu
Qarabağın incisi Şuşa: Ermənilərin tarixi səhvi düzəldildi - VİDEO
Soyuducuda faydası artan məhsullar
Sukerberqin sərvəti 23 milyard azaldı
Soyuq havalarda dərini qoruyan 3 maska
Hatice Ana erməni imiş
Türkan Şoray podiuma çıxacaq
ANS-dən XƏBƏR VAR
Yüzdən çox insan itikin düşüb
Bədən üçün skrab-maskalar
Günün ulduz falı
Cehizlik qablar
Alimlərdən dəhşətli virusla bağlı AÇIQLAMA
Hörgülərdən düzəldilmiş saç düzümü
Günün qoroskopu: Mübahisə etməyin!
HAVA necə olacaq?-6 oktyabr
Hərbiçilərimiz Füzuli və Cəbrayılın girişində
Can Yamanın yeni serialı bəlli oldu-FOTO
Bakıda tramvay və trolleybuslar bərpa olunacaq?
Bakıda anomal isti gözlənilir
Şəkərparə (foto resept)
Ördək dimdikli dinozavr növü tapıldı
Məşhur müğənninin sümüyü sındı-FOTO
Ailə qurulması məsləhət olan 15 kişi tipi
Mərkəzi Bankdan xəbərdarlıq
Toyunda qara gəlinlik geyindi!
Bakıda yağış sularından texniki su kimi istifadə edilməsi nəzərdən keçirilir
"Azərbaycanfilm" kinostudiyasının yaranmasının 90 ili tamam olur
Fərqli Audi Q3 TDI S təqdim olundu - FOTO
Birləşmiş Ərəb Əmirlikləri
2011-ci ilin ətəkləri
Zövqlə bəzədilmiş tərəvəzlər
Yıldız Tilbenin səhnə qiyməti bahalaşdı-FOTO
Serenay Sarıkaya Cem Yılmazı belə təbrik etdi-FOTO
- ŞƏRHLƏR