
BU BÖHRANIN SƏBƏBLƏRI VƏ ONUN ARADAN QALDIRILMASI YOLLARI.
Böhran sözündən insanın qəlbində soyuq, ağır , acı təəssürat yaranır. Bu sözü bir neçə dəfə təkrar etsən mütləq əhval-ruhiyyən pozulacaq.
Xüsusilə ailədə bu dövr çox ağır yaşanır. Çünki ailə insan üçün mənfi təsirlərdən sığınacaq yeridir. O, bizlərə yaşamağa, heyatda mübarizə etməyə güc verməlidir.
Hər bir ailə müəyyən inkişaf dövründə böhran mərhələlərilə rastlaşır. Bu qaçılmaz faktdır. Məsələn:
1. Birgə heyatın başlanğıcı;
2. İlk övladın dünyaya gəlməsi;
3. Uşaqların bir-birinə münasibəti;
4. Uşaqların ibtidai sinifdə təhsili;
5. Yeniyetməlik dövrü;
6. Övladın ata-ana ocağını tərk etməsi. Müstəqil həyat keçid.
Göstərilmiş təbii hadisələrdən başqa, ailədə ekstremal şəraitdə yaranan gözlənilməz situasiyalar nəticəsində də böhran əmələ gələ bilər. Bu növ stressogen problemlərin dəqiq siyahısı yoxdur. Çünki səbəblər cox müxtəlif ola bilər. Məsələn:
1. ailə üzvünün ağır xəstəliyi;
2. yaxın adamın itgisi;
3. ölkədə müharibənin başlaması;
4. ailə başçısının işdən azad olunması;
5. her hansı bir qüsurla doğulmuş uşaqlar;
6. Və müasir dövrün ən mühüm problemi olan - qadın azadlığı. Məsələn, əgər ailədə qadın öz işində uğur əldə edir və maddi cəhətdən yoldaşından daha yüksək olur - Bu fakt ailə üçün çətin sınaq ola bilər.
Əgər qanunauyğun inkişaf böhranı ailə üçün sakit, ağrısız keçibsə, deməli gərgin, həyəcanlı günlər irəlidədir. Bu imtahandan her bir ailə keçib möhkəmməlidir. Egər sinaq müvəffəqiyyətlə başa çatmışdırsa deməli ailə düzgün inkişaf edir və onun üzvləri xoşbəxtdirlər. Əgər münasibətlər düzgün qurulmayıbsa hətta balaca bir təkan ailəni dağıda bilər. Böhran mərhələrini keçərkən insanlar bərkiyir. Ailə möhkəmlənir.
BÖHRANI DÜZGÜN KEÇMƏNIN YOLLARI
Bir müdrik qadın demişdi: Əgər mənin dörd cildim olsaydı ailə həyatım nümunəvi olardı
Mən maraqlandım: Nə üçün məhz dörd?
- Əlbəttə ki qadin, heyat yoldaşı, ana və övlad
Həqiqətən, əgər qadın bu rolları özündə birləşdirə bilsə, onun heyatı asanlaşacaq.
1. Birgə heyatın başlanğıcında qadını ən ağır, çətin dəyişikliklər gözləyir. Valideynlərinin ailəsindəki övladlıqdan öz ailəsində heyat yoldaşının arvadına çevrilir. Artıq onun öz ailəsi var və o, bu ailənin başçılarından, qurucularından biridir.
2. İlk övladın dünyaya gəlməsi ailənin inkişafının ikinci mərhələsidir. Bu dövrdə də mühüm dəyişikliklər gözlənilir. Ailə üzvləri artır, qadın ana olur, kişi isə - ata. Bu məqamda çox diqqətli olmaq lazımdır qadin analığı birinci yərə çəkib, heyat yoldaşını unutmamalıdır. Əks halda stress və onun ardınca ünsiyyət böhranı qaçılmazdır.
3. Sonra uşaqlar məktəbə gedir. Analar onlarla, bəzən onların əvəvzinə dərs oxuyur. Məktəb uşağa verilən tərbiyənin güzgüsüdür. Əgər uşaq yeni həyata asanlıqla uyğunlaşır deməli sizin verdiyiniz tərbiyə üsulu düzgün və tərifə layiqdir.
4. Yeniyetməlik dövrü bütün ailə üzvlıri üçün çətin sınaq dövrüdür. Siz məcbursunuz övladınıza inanıb onu yeni böyük heyata buraxasınız. Əgər yapışsanız ətəyindən, məcbur yanınızda saxlasanız onda ayrılığınız qəti və sərt olacaq. Amma əgər yeniyetmə zəif təbiətlidirsə - onda bu asılılıq onu mənəvi sındıracaq. Hər iki yol xoşagəlməzdir. Müsbət kompromis yolu tapmağa calışın. Məsləhət üçün psixoloqa müraciət edə bilərsiniz.
5. Övladın ata-ana ocağını tərk etməsi. Sonuncu ailə böhranının məqsədi valideynlərin öz heyatlarını övladlarsız davam etməsidir. Qərb ölkələrində bu məsələ artıq həll olunub. Yaşlı insanlar səyahət çıxırlar, maraqlarına uyğun yeni iş tapırlar, bir sözlə, azadlıqlarından səmərəli istifadə edirlər.
PSIXOLOQLAR TƏKLIF EDIR:
Ailə xoşbəxtliyinin ümumi resepti mövcüd deyil. Amma bir çox müdrik insan bu məsələ haqqında öz fikirlərini bildirmişdir. Məsələn: fransız yazıcısı Onore de Balzak belə yazır:
Ailənizi qoruyun, amma özünüzü unutmayın. Ailə üzvlərinə yardımçı olduqda, onların problemlərilə yüklənnməyin. Güzəşt edərkən, öz maraqlarınızı tapdalamayın. Başqalarına qulaq asın, amma özünüzə inanın. Ürəyinizdə kin saxlamayın, vaxtında deyin. Və ən əsası: sevin sevilin: özünüzü, yaxınlarınızı, nəhayət, Həyatı onun bütün təzahürlərilə.
Sizə ugurlar.
.

Günün müəllifi

XƏBƏR LENTİ
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO
İlham Əliyev 38 il sonra Heydər Əliyevlə şəkil çəkdirdiyi yerdə - FOTO
İlham Əliyev Şuşaya tikilən yol haqqında: “Qələbəyə aparan yoldur” - VİDEO
Prezident: “Cəmi iki ay ərzində Şuşaya yol açmışıq” - VİDEO
Hərbi geyimi qanunsuz daşıyanlara qarşı reydlər başladı -VİDEO
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Əliyar Əliyevin məzar daşı hazırlandı - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Şuşaya gedir - VİDEO
Stress sağlamlığımıza hansı ziyanlar vurur?
Kofenin içinə bunları əlavə etsəniz, metobolizmanız sürətlənəcək

- ŞƏRHLƏR