Qadin.NET / Sevən kişinin xüsusiyyətləri

Sevən kişinin xüsusiyyətləri

 

1. Sizi yaxşı dinləyir

Bir kişi bir qadını sevirsə, onun ağzından çıxardığı hər kəliməyə diqqət edir. Onu səbirlə dinləyir. Onun fikrini soruşur.

Sevən kişinin xüsusiyyətləri

2. Yeri gələndə sizinlə müzakirə aparır

Sizin səviyyəli formada müzakirə apara bilirsə, demək sizdən xoşu gəlir. Münaqişələrdən qorxmayın. Münaqişələri bir-birinizə ziyan vermədən bitirə bildiyinizə diqqət edin.

Sevən kişinin xüsusiyyətləri

3. Sevginiz üçün mübarizə aparır

Söhbət sevgidən getdikdə, sizi nə olsa da itirmək istəməz. Sizinlə birlikdə olmaq üçün mübarizə aparar. 

Sevən kişinin xüsusiyyətləri

4. Uğurlarınızla fəxr edər

Əldə etdiyiniz uğurlarla fəxr edirsə, sizi gözəl sözlərlə motivasiya edirsə, sizi sevir. Ən kiçik xəyalınızı belə dəstəkləyir.

Sevən kişinin xüsusiyyətləri

5. Ailənizə və dostlarınıza dəyər verər. 

Sevən insan ailənizə və dostlarınıza dəyər verəcək. Nə dediyinizi yaxşıca dinləyər. Ailənizlə bağlı problemləri həll etməyə çalışar. 

1 iyul 2019
GO BACK