1) Mehribansınız
İnsanlardan qarşılıq gözləmədən hərəkət edirsiniz. Həmişə gülümsəyirsiniz, hətta düşmənizə belə qucaq açırsınız. Təbiətinizdə pis olmaq yoxdur. Ətrafınızdakı bir çox isə xoşbəxtliyini sizə borcludur.
2) Sadiqlik
Olduğunuz nöqtənin fərqindəsiniz. Sizə könlünü açmış birinə həqiqətən bağlanırsınız. Sevgi ilə yaranan sədaqətiniz qarşı tərəfi xoşbəxt edir.
3) Eqoist deyilsiniz
Başqalarını düşünməkdən, özünüzə vaxt ayırmağı unudursunuz. Qiymət bilən kişinin gözündə, olduqca müqəddəs görünürsünüz.
4) Zərifsiniz
Zərif olmağın qadın üçün vacibliyinin fərqindəsiniz. Özünə hörməti olan və fərqindəlik sahibi qadınlar davranışlarının zərifliyi ilə insanları valeh edə bilirlər.
5) Həvəsli
İstədiyinizi əldə etmək üçün çalışırsınız. Hədəfinizin böyük və ya kiçik olmasının fərqi yoxdur. Ona çatmaq üçün əlinizdən gələni edirsiniz. Sevdiyiniz zaman ürəkdən sevirsiniz.
6) Dəstəkləyici
Həmişə dostlarınıza dəstək olursunuz. Sadəcə yaxşı anlarında deyil, kədərli və uğursuzluğa düçar olduqda da yanlarında olmağı bacarırsınız.
7) Dürüstsünüz
Bəzən həddindən artıq dürüstsünüz. Bəzən doğruları deyərkən ciddiləşirsiniz.
8) Sevginiz fərqlidir
Bir çox insan sizə təşəkkür borcludur. İnsanları çox gözəl sevirsiniz və onların həyatlarını gözəlləşdirirsiniz. Sevdiyiniz insan çox şanslıdır.