Gülmək
Yüksək səslə gülməkdən utana bilərsiniz. Amma yüksək səslə gülən qadınlar kişilərə cəlbedici gəlir. Yumor hissi olan və şən olan qadınlar həmişə cəlbedici hesab olunur.
Düşünərkən və ya danışarkən dodağınızı dişləyirsiniz
Danışarkən və ya düşünərkən dodağınızı dişləyirsinizsə, çox cəlbedici görünə bilərsiniz.
Danışarkən qızarırsınız
Bəyəndiyiniz insana baxarkən qızarırsınızsa, bundan qorxmayın. Bu xüsusiyyətiniz kişilərin gözündə utancaqlıq və həyəcanlı olduğunuzu göstərir. Kişilər bu halları sevir.
Şirniyyatı çox sevirsiniz
Keks, şokolad və ya dondurma kimi şirniyyatları çox sevirsinizsə, qarşınızakı insan bunu sevimli və cəlbedici hesab edəcək. Rahat olun.
Daima mahnı oxuyursunuz
Hislərinizi mahnı oxuyaraq ifadə etməyiniz, xoşbəxt olduğunuzu göstərir. Kişilər xoşbəxt və şən qadınları sevirlər.
Əsəbləşmək
Əsəbləşərkən sifətinizi turşudursunuzsa, bu onu güldürə bilər.