Alış-verişdə həddi aşmaq
Saatlarla davam edən alış-verişə son verin. Təkcə kişilərin yox, bütün insanların bir köynək alarkən saatlarla düşünməyinizdən xoşları gəlməz.
Uşaq kimi davranmaq
Uşaq kimi danışmaq və uşaq kimi davranmaq 5 yaşınızda qaldı. Artıq böyüdüyünüzü və öz ayaqlarınızın üzərində dəstəksiz bir şəkildə dayana bildiyinizi göstərməlisiniz, bu sizi güclü və cazibədar göstərər.
Həddindən artıq makiyaj və bəzənmə
Parıldayan dodaqlarınızı cazibədar zənn edirsinizsə, yanılırsınız, bu kişilərə son dərəcə itici gəlir. Təbiilikdən uzaq makiyaj heç gözəl görünmür.
Davakar, söyüşlü danışıq
Qadına davakar olmaq və söyüş yaraşmır. Qadın zərif olmalıdır.
Digər insanlara yuxarıdan aşağı baxmaq
Siz heç kimdən üstün deyilsiniz. İnsanlara yardım edin. Mənəviyyatınızın yüksək olduğunu göstərən davranışlar, kişilərin gözündən qaçmır.