Siz də başladığınız yeni bir münasibətə bütün gün əlindən telefon düşməyənlərdənsinizsə, bu xəbər tam sizlikdir.
Davamlı Darıxdım deməyin
Yanından ayrıldıqdan 3 dəqiqə sonra, səhər oyanar oyanmaz yəni günün hər anında darıxdım mesajları sevimli olmaqdan çox əziyyətə çevrilə bilər.
Yaşınızı kiçildib danışmayın
Bunu sadəcə mesajlarda deyil təbii ki, real söhbətlər zamanı da etməyin. Kişilər üçün ən itici şeylərdən biri bilinən adı ilə uşaq kimi danışan bir sevgilidir.
Bezdirməyin
Atdığınız bir mesaja cavab gəlmədiyində ikincisini atıb bezdirməyin. Gözləyin, söhbət onun verdiyi cavabdan sonra davam etsin.
Emojini şişirtməyin
Emojilər, xüsusilə, mesajlarda istifadə etdiyiniz ən böyük aksesuarlarımız oldu. Ancaq sevdiyinizə göndərdiyiniz emojiləri şişirtməyin.
Depresiv mesajlar
Hər kəsin əhvalını pis olduğu zamanlar vardır. Təbii ki, belə anlarda sevdiyinizlə dərdləşmək istəyəcəksiniz. Sadəcə gözəl anları paylaşmaq üçün sevmirsiniz. Ancaq bu incə xətti keçib davamlı depresiv mesajlar atmayın.
Sifət etməyin!
Ən çox bilinən halı " Hmm, ok... Sən bilərsən...." olan bu tip cümlələr kişiləri uzaqlaşdırır. Bir problem varsa səssiz qalmaqda və ya açıq sözlü olmaqda fayda var.
Müəllif: Elif Hande İnan
Tərcümə edən: Bəsti