Ərinizin sizi anası kimi görməsinə səbəb olacaq davranışlar...
Uşaq əzizləyər kimi əzizləmək
Hər insanın ana şəfqətinə ehtiyacı var. Ancaq yoldaşınızı oğlan uşağı kimi sevmək vərdiş halına gətirdiyinizdə, münasibətiniz ana uşaq münasibətinə çevrilə bilər.
Sən dayan, mən həll edərəm
Uşaqlarınıza etdiyiniz davranışları yoldaşınıza da, etməkdən əl çəkin. Belə edərək məsuliyyəti öz üzərinizə götürmüş olacaqsınız və bu vəziyət zamanla vərdiş halına gələrək sizin daha çox çətinlik çəkməyinizə səbəb olar.
Ürəyin bu gün nə yemək istəyir? De bişirim
Əgər xəstə deyilsə, bu sualı ona heç vaxt verməyin. Bu suala zamanla öyrəşəcək və soruşmadığınız vaxtlarda bişirdiyiniz yeməklər üçün sizdən hesab soruşmağa başlayacaqdır.
Sadəcə uşaqlardan danışmayın
Yoldaşınızla olduğunuz hər anı yaxşı dəyərləndirməyə çalışın. Ona evin problemlərindən ya da uşağınızın məktəb xərclərindən hər zaman danışmayın. Arada fərqli fikirlər bidirməsəniz, sizi gördüyü hər an anasını gözünün qabağına gətirəcəkdir.
Evdə baxımlı olun
Şərtlər nə olursa olsun evin iş-gücündən saçını süpürgə etmiş ana modelinə heç vaxt girməyin. Qoyun, o gün evdə yemək olmasın. Özünüzə hər zaman vaxt ayırın və bunu heç vaxt unutmayın.