Qadınlar kişilərin bəzi vərdişlərini dəyişdirmək üçün nə qədər çalışsalar da, istədiklərinə nail ola bilmirlər.
Evdə ən əsas problem televizorun kişinin əlində olmasıdır. Televizor qarşısına keçən kişi, istədiyi kanala istədiyi kimi izləyir. Siz yanından uzaqlaşdığınızda niyə yanımda deyilsən deyir. Bu vəziyyətdə buraxın televizor onun olsun, münasibətin idarəsi sizin olsun.
Kişilərin dəyişməyəcək vərdişlərindən biri yemək vərdişləridir. Kişilər hansı tərz yemək yeməyi sevirlərsə, o cür də davam edərlər. Məsələn, fast food sevən biri kişini fast food-dan ayrı tuta bilməzsiniz. Amma kişilərin çoxu ev yeməyi sevirlər. Buna görə də ona bol-bol yemək bişirin.
Kişilərin yuxu vərdişləri adətən iki yerə bölünür. Tez yatanlar və tez oyananlar, gec yatanlar və tez oyananlar. Bir çox kişi hansı yuxu vərdişinə sahibdirsə, yanındakı qadının da eyni vərdişə sahib olmasını istəyir. Adətən həftə sonları yataqdan çıxmaq istəməyən və uzun saatlar yatan bir həyat yoldaşınız varsa, onu düzəltməyə çalışmayın.