11. "Sonuncu münasibətim məni çox yordu. Bir daha kiməsə güvənə biləcəyimi düşünmürəm..."
Romantik və həssas kişi bəlkə də bundan 2500 il əvvəl özünə tək bir yoldaş belə tapa bilməzdi, amma artıq dövr də, metal də dəyişdiyi üçün, bəzi qadınlar bu kişiləri çox cazibədar hesab edir. İncimiş kişi çox yaxşı rol oynayır. Çünki bu rəftarlarıyla onlara həm azadlıq tanımanızı, həm də onlarla maraqlanmanızı təmin edərlər. Eyni zamanda bir sonrakı maddəmizdə iştirak edən yalanı irəli sürmə haqqını da qazanmış olurlar.
12. "Psixoloq bağlılıq problemimin olduğunu dedi..."
İstər ailə ilə əlaqədar olan, uşaqlıqdan gələn problem və zədələr, istərsə də zamanın çətinlikləri kişilər üçün həmişə bir bəhanə tapmağa səbəbdir. Bu bəhanələrin ən məşhuru isə yaşanmışlıqları irəli sürərək "bağlılıq problemi" olduğuna qarşı tərəfi inandırmaqdır. Əslində kişinin bağlılıq problemi yoxdur. Yalnız çox sürətli bağlandığı və həll edildiyi üçün bağlandığını anlaya bilməzsiniz.
13. "Şəxsiyyət və zəka mənim üçün gözəllikdən çox daha əhəmiyyətlidir..."
Kişi bunu söyləyərək nə qədər dərin, təcrübəli və möhkəm xarakterli bir insan olduğunu, instinktlərinə məğlub olmayaraq daim məntiqli qərarlar aldığını qarşı tərəfə sübut etməyə çalışır. Kişinin bu məşhur yalanı əslində boş şeydir. Hər qadın bunun belə olmadığını bilir, ancaq işə yarayan tərəfinin olmasının sirri qadınların da bu yalana inanmaq istəməkləridir.
14. "Mənim üçün sarılıb yatmaq, cinsi əlaqədən çox daha qiymətlidir..."
Bəli, məqsəd sadədir. Bunu söyləyərək yatağa yatır, sarılır, sonra isə anın gətirdiyi sıx romantiklikdən faydalanaraq sonrakı mərhələlərə keçməyə çalışırlar. Şans varsa bacarırlar, yoxdursa da həyat hələ qabaqdadı deyib yaşayırlar.
15. "Həyatımda heç belə bir şey hiss etməmişdim..."
Bu yalana inanıb inanmamaq öz işinizdir. Bəzən həqiqət də ola bilər.