Sizi idarə etməyə çalışan kişini əslində onun üzərinizdəki hakimiyyətindən xəbəriniz varmı?
Kişilər həmişə bir-birilərinə öz güclərini göstərmək üçün “kişi ol” sözünü istifadə etməyi sevirlər.Bu əslində onların qorxu hissi ilə bağlıdır, hansı ki, bir gün sevdiyi qadın üçün bir çox şeylərdən imtina edəcəyini bilir. Və çox zaman onlarda sevmə qorxusu bununla bağlıdır.
Uşaqlıqdan kişilərə biz qadınlar bir çox qadağalar qoymuşuq: hansı ki, ağlamaq, hisslərini bildirmək, özünü qurban vermək, cəmiyyət səni kişi kimi bilsin deyə bir az da qəddar və sərt ol ifadəsini biz xanımlar işlədirik.Hansı ki, sonra əziyyətini də biz xanımlar çəkir, şikayətlənən də sonda özümüz oluruq. Kişilər öz üstünlüyünü sübut etməli deyil, buna ehtiyac yoxdur. Qadın və kişi arasında heç bir fərq yoxdur. Bu süni fərqdir, onlar bir yerdə möhtəşəmdirlər.
Kişilərdə sevgini yararsız tərbiyə edirlər!
Biz xanımlar uşaq vaxtından oğlan övladlarımıza əli kəsildikdə, yıxıldıqda, dalaşarkən döyüldükdə heçnə olmaz sən müharibəyə gedəcəksən “kişisən” frazasını işlədirik. Və onları hisslərdən uzaq durub məntiqləri ilə davranmağa daha çox üstünlük veririk. Hər bir ana kişilərə qadınlara olan sevgi,dürüstlük,mədənilik hisslərini qadağa edib, tüfəngə, ata olan maraqlarını daha da artırır. Buna görə də hər bir kişi özünü sübut etmək üçün qadınlara qarşı heç bir zaman özünü fəda etməyə çalışmır.Öz gücünü yalnız uzaq və soyuq duruşu ilə təsdiqləmək istəyir.
Kişi qadının yanında özünü alçalmış hiss etməli deyil heç bir halda, kişi sadəcə qadının yanında özünü olduğu kimi və rahat hiss etməlidir.