Əlaqənin ilk başlarında yalnız qadının fizikasına, gözəlliyinə baxan kişilər zaman irəlilədikcə meyarlarını dəyişdirə bilərlər. Evlilik söz mövzusu olduğunda isə qadınlardan fərqli olaraq kişilər məntiqlərini daha çox dinləyirlər. Bəs kişilər hansı qadınlarla evlənmək istəyirlər? Diqqət etdikləri xüsusiyyətlər nələrdir?
Kişilərin evlənmək istəmədikləri qadın tipləri .
1 – Yemək bişirə bilməyən qadın.
Qızlar çox təəssüf ki, özünü tərif edərmiş kimi söylədiyiniz yumurta belə qıramamanız kişilərə heç cazibədar gəlmir. Kişilər üçün gözəl yemək hazırlayan və əli bacarıqlı olan qadınlar bir addım daha qabaqdadır.
2 - Həddindən artıq qısqanc qadın.
Davamlı sevgilinizi gərəksiz qısqanclıqlarla boğur və ona rahat nəfəs almağa imkan vermirsinizsə, o da təbii olaraq sizinlə bir ömür keçirməkdən qorxacaqdır.
3 - Sevgilisinin şəxsiyyətini dəyişdirmək istəyən qadın.
Bu, qadınların ən çox etdiyi səhvlərin başında gəlir. Bir kişini əldə etdikdən sonra dəyişdirə biləcəyinizi düşünmək və onu dəyişdirməyə çalışmaq, edə biləcəyiniz ən böyük səhvdir. Birini sevəcəksənsə, olduğu kimi sevməli və onu dəyişdirməyə çalışmamalısınız.
4 – Uşaq sevməyən qadın.
Türk filmlərində də tez-tez eşitdiyimiz "Evimin qadını, uşaqlarımın anası olacaqsan!" cümləsini boşuna söyləməmişlər. Hər nə qədər bəziləri ata olmağa maraqlı olmadığı kimi görünsə də hər kişi əvvəl- axır evdə kiçik bir uşağın olmasını istəyər. Əlbəttə ki, bu mərhələdə uşaq sevməyən qadınlar onlar üçün 1-0 geridədir.
5 - Çox pul xərcləyən qadın.
Tutumlu, hesabını bilən, bir evi idarə edəcək qadınlar evləniləcək qadın kateqoriyasına əlbəttə daha rahat girir. Amma lazımlı gərəksiz demədən hər şeyə pul xərcləyən, tutumsuz olan qadınlar nə təəssüf ki, kişilərin bir seçimi deyil.
6 – Çox həssas qadın.
Qadınların kişilərdən daha həssas olduğu həqiqətini inkar edə bilmərik. Ancaq bu duyğusallığı şişirdən qadınlar da çoxdur. Hər sözə inciyən, kirpikləri həmişə nəmli bir qadın hər insanı bezdirəcəkdir. Hal belə olunca kişilərin evlənmək istədiyi qız kateqoriyasında həddindən artıq həssas qadınları görə bilmirik.
7- Atasıyla bağlı problemləri olan qadın.
Bu tip problemləri olan qadınlar ümumiyyətlə özlərindən böyük kişilərlə birlikdə olmağı seçərlər. Çünki içdən içə, atalarının əskikliyini doldurmağa çalışırlar. Bəlkə başlarda, yetkin kişilər, gənc qadınlardan xoşlana bilər, amma bir müddət sonra qarşısındakı qadının problemləri olduğunu fərq edən bir kişi onunla bir ömür keçirmək istəməyəcəkdir.
8 - Karyera düşkünü qadın.
Karyera sahibi, müvəffəqiyyətli, özünə inamı yüksək qadınların cazibədarlığı inkar edilə bilməz. Amma həyatını karyerasına bağlamış olan qadınlar kişiləri qorxudur.
9 – Böyüklük edən qadın.
İlk başda edəcəyiniz böyüklük , kişi yoldaşınızın xoşuna gedəcək, lakin daha sonra bu davranışınızı xoş bir yanı qalmayacaq və özünü sevgilisiylə deyil, bir müəllimlə vaxt keçirir kimi hiss edəcək. Bu onu bədbəxt edər və sizdən uzaqlaşdırar.
10 – Təmiz olmayan qadın.
Kişilərin çoxu təmizliyə çox əhəmiyyət verməz. Ancaq ortada inadla, heç bir zaman təmiz olmayan bir ev, bir qadın varsa, bu ən pinti kişini belə ən sonunda narahat edəcəkdır. Kişilərin xəyalı təmiz bir evin içində təmiz bir qadın görməkdir.