Qadin.NET / Kişilər aşiq olarsa

Kişilər aşiq olarsa

Bir kişinin sizə aşiq olub-olmadığını anlamaq heç də çətin deyil. Bunu üçün bu xəbəri oxumağınız kifayətdir.

 

Kişilər aşiq olarsa
Kompliment deyər.
Kişilər hər nə qədər "Mənim üçün daxili gözəllik əhəmiyyətlidir. Fiziki dəyərlərə çox əhəmiyyət vermirəm." desələr də, mütləq xarici gözəlliyə baxarlar. Kişi aşiq olduğunu ilk olaraq sizi başdan-ayağa süzərək müəyyən edər.
Geyiminizə, makiyajınıza, üz xəttlərinizə, çəkinizə, əl-ayaq baxımınıza, saçlarınıza, gözlərinizə, qısacası, onun tərəfindən başdan-sona qədər fiziki bir imtahandan keçirilərsiniz. İmtahan bitəndən sonra "Nə gözəl gözlərin var.", "Saçlarını çox bəyənirəm.", "Bu ətək sənə çox yaraşır." kimi təriflərlə qarşılaşmağa başlayarsınız. Sözün qısası daxili gözəlliyiniz də olsun, amma yenə də siz hər zaman gözəl və baxımlı olmağa cəhd göstərin. Çünki bir gün mütləq bir kişi tərəfindən kompliment eşidəcəksiniz.
Sizə qulaq asar.
Əgər bir kişinin sizdən xoşu gəlibsə, səs tonunuz, intonasiyanız, qısacası, ona sözlərinizlə necə təsir edəcəyinizlə maraqlanar. Yanınıza gəlib sizinlə danışmaq və suallar vermək istəyər. Mümkün olduqca ikinizin də xoşuna gələcək aktual mövzular tapmağa çalışın. Ona verəcəyiniz suallar həm özüylə maraqlandığınızı göstərəcək, həm də onun nələrdən zövq aldığına dair sizə müəyyən fikirlər verəcək.

 

Kişilər aşiq olarsa
Fədakar olar.
Əgər bir kişinin sizdən xoşu gəlirsə, sizi qorumaq istəyər. Məsələn, sıxlıq, izdiham olan mühitlərdə narahat olduğunuzu düşünsə, sizin üçün mübahisə, müzakirəyə girə bilər. Sizə suallar verərək ehtiyaclarınızı anlamağa çalışar. Sağlamlığınızın və kefinizin yerində olmasını hər kəsdən çox o istəyər. Sizi hər şərtdə qorumağa çalışıb kədərlənməməyiniz üçün əlindən gələni edər.
Zaman ayırmağınızı istəyər.
Bir kişinin həyatda ən əhəmiyyət verdiyi şeylərdən biri də maraqlanılmaqdır. Qısacası, ona əhəmiyyət verməyinizi və onunla vaxt keçirməyinizi gözləyər. "Axşam nə edəcəksən?", "Kiminləsə görüşəcəksən?", "Səni evinə qədər yola salmağımı istəyirsənmi?" kimi yüngül qısqanclıq əlaməti olan sözlərlə də həyatınıza daxil olmağa çalışar.
Onunla maraqlandığınız zaman xoşbəxt olar, ona vaxt ayırmadığınız zamanlarda isə qısqanclıq duyğuları ön plana çıxar. 
Bilin ki, o, yalnız sizin tərəfinizdən maraq, əlaqə görmək istəyir. Ona olan marağınızın azaldığını hiss etdiyi andan etibarən ağlına "Görəsən, başqa bir kişimi var?" suallarını düşünməyə başlaya bilər.
Kişilər aşiq olarsa
Prioritet sizsiniz.
Onun üçün siz ailəsindən və ən yaxın yoldaşlarından belə əvvəl gəlirsiniz. Məsələn, bacısıyla və sizinlə alış-verişə çıxdığı zaman ən gözəl paltarları əvvəlcə sizə alar. Sevən kişi əvvəl sizin yaxşı olmağınızı, sizin gülməyinizi və xoşbəxt olmağınızı istəyər.
Soyuq bir yerdə sizdən başqa üşüyən biri vardırsa, pencəyini əvvəl sizə verər. Xəstə olduğunuz zaman işinə getmək əvəzinə əvvəl sizi ziyarət edər. Həftə sonlarını ailəsiylə keçirmək əvəzinə sizinlə proqram qurmağa çalışar. Çünki siz onun həyatının ən əhəmiyyətli insanısınız və o sizə dəyər verir.
21 fevral 2016
GO BACK