Qadınlar çox vaxt bəyəndikləri şəxsin, nişanlısının və ya yoldaşlarının yanında sərbəst ola bilmirlər. Daim düşünürlər ki, "Filan şeyi desəm necə olar, filan şeyi etsəm necə olar, düzgün oturmuşammı?" və s. Boynumuza alaq ki, bu tip qadınlarımızın sayı çoxdur. Buna görə qəti narahat olmaq lazım deyil. Təbii olmaq lazımdır. Beləcə, daim xoşbəxtliyinizi öz əlinizdə saxlaya bilərsiniz. Bunun üçün sizə bir sıra variant təklif olunur. Gəlin, onlardan bir neşəsi ilə tanış olaq.
Səliqəli olun
Bilirik ki, kişilərin bir çoxu səliqəsiz və dağınıq olurlar. Onların tam əksinə, siz səliqəli olun və daim ətrafı təmiz saxlayın. Yoldaşınız evə gələrkən corablarını bir yerə, köynəyini bir yerdə çıxarıb atıbsa, bunu söz etməyin. Onu sakitcə götürüb yerinə qoymaqla siz heç nə itirəsi deyilsiniz. Bunu unutmayın.
Anidən zəng edin
Tez-tez etməmək şərtilə anidən ona zəng edib kefini soruşun və sadəcə bunun üçün zəng etdiyinizi vurğulayın. Qoyun yoldaşınız bilsin ki, siz ona dəyər verir və daim onu düşünürsünüz.
Sadə və təbii olun
Kişilər baxımlı qadınları sevərlər. Ancaq baxım sözünü daim bəzəkli və makiajlı olmaq kimi başa düşən xanımları sevməzlər. Sadə olun. Hər gün makiaj etməyə ehtiyac yoxdur. Əsas odur ki sadə, səliqəli və təmiz geyinin.
Geyimi ilə maraqlanın
Yoldaşınızın geyimi ilə maraqlanmaq onun özü ilə maraqlanmaqdır. Bunu ona göstərin. Hətta zaman-zaman ona hər hansısa bir geyim hədiyyə ala bilərsiniz.
Yemək hazırlayın
Çox işlənən söz də olsa, belə bir həqiqət var ki, kişinin ürəyinə gedən yol onun mədəsindən keçir. Müəyyən mənada bu doğrudur. Ona görə də yoldaşınızı məhəbbətlə bişirilmiş ev yeməklərindən məhrum etməyin.
Onu diqqətlə dinləyin
Kişilər diqqətlə dinləməkdən çox xolanırlar. Nə haqqında danışırsa-danışsın, maraqsız olsa belə xoşbəxtliyinizi düşünürsünüzsə, güzəştə gedin və hər zaman onu diqqətlə dinləyin.
Əşyalarınızı əmanət edin
Bu, evli cütlüklərə aid olmaya bilər. Amma insan sevdiyi şəxsə ən dəyərli əşyasını əmanət edərkən ona sonsuz dərəcədə inandığını göstərmiş olur. Bunu unutmayın.