Siz xeyli vaxtdır görüşürsünüz və sizə elə gəlir ki, bir-birinizin vərdişini, xüsusiyətini bilirsiniz. Sevdiyin insanın yaşayış tərzi səni tam qane edir və sən onun maraqlarını bölüşürsən. Bir sözlə, siz bir-birinizə tam uyğunsunuz. Bir gün ailə həyatı qurmağa qərar verirsiniz və gözlənilmədən çətinliklər başlayır.
Böyüklərin marağı
Artıq sənin öz evin var. Əvvəl sən öz valideynlərinlə yaşayırdın, amma orada sənin istəklərin məhdud idi. İndi isə sənin üçün yeni yol açılıb. Pulun az olsa belə, öz fantaziyanı işə sala bilərsən və sənə heç kim mane olmayacaq. Nəhayət ki, sən özünü əsl qadın hiss edirsən və onun həyatında ən əsas evi və ailəsidir.
Amma bir gün sən hiss edirsən ki, həyat yoldaşınla aranızda soyuqluq var və siz bir-birinizdən uzaqlaşırsız.
Evli olan subay
Həyat yoldaşınız işdən evə gəlməyə tələsmir, internetə girir. Ən pisi isə o sizə qarşı diqqətsizlik edir. Bir sözlə, o keçmiş subay həyatını yaşayır və öz vərdişindən əl çəkmir. Amma sən həyat yoldaşı roluna girmisən. Artıq başa düşürsən ki, sevdiyin insan səninlə söhbətdən qaçır, sizin maraqlarınız üst-üstə düşmür və maraqlarınız elə uzaqdı ki, sanki siz başqa dünyanın insanlarısınız. Əvvəl sizi bir–birinizə bağlayan hər bir şey yoxa çıxıb. Sevdiyiniz insanla danışmaq sizə maraqsız gəlir, dava etməyə başlayırsınız.
Axı necə ola bilər, bir neçə gün əvvəl sizə elə gəlirdi ki, onun kimi doğma biri həyatınızda ola bilməz, gününüz həmişə şən və maraqlı keçəcək.
Ağlabatan kompromis
Ola bilər ki, sən böyük həyata başlamısan, amma sevdiyin insan səndən geridə qalıb? Bu suala cavab tapmaq çətindir. Məlumdur ki, kişilər psixoloji olaraq qadınlardan sonra böyüyür. Onlar böyük dəyişikliyi xoşlamır, sən ehtiyatla sevdiyin insanı yeni həyata yaxınlaşdırmalısan.
Qoy o zövq alsın
Sevdiyin insanın üstünə çox getmı, amma geri də çəkilmə. Həyatda elə kişi yoxdur ki, qadının əziyyətlərini görməməzlikdən gəlsin. Güzəştə get, gec-tez o, pitsa yeməkdən bezəcəkvə sizi dəyərləndirəcək.
Unutmayın, bağışlamağı bacarın. Səbrli olun və onun necə dəyişdiyini görəcəksiniz.