1. Ailədə olan munasibətə görə
Əgər ər və arvad tez-tez mübahisə edirsə, yəni ortaq məxrəcə gələ bilmirsə, onda kişi mənasız mübahisələrdən yaxa qurtarmaq üçün yalan danışır.
2. Darıxır
Kişilər çox vaxt darıxdıqları üçün yalan danışırlar.
3. Emosional çatışmazlıq
Qadın çox vaxtını işinə, uşaqlarına həsr etdikdə kişilərdə emosional boşluq yaranır. Onda kişi yalan danışaraq həyat yoldaşının diqqətini üzərinə çəkməyə çalışır.
4. İntim yeniliklərə meylli olanlar
Yeni intim münasibətlər qurmaq üçün kişilər hər şeyə hazırdırlar. Həmçinin yalan danışmağa da.
5. Hesab çəkmək üçün
Əgər qadın yalan danışırsa, kişi üçün də yalan danışmaq çətin deyil.
6. Biganə ər-arvad
Ər-arvad arasında biganəlik varsa, kişi bunu hiss edəndə yalan danışmağa üstünlük verir.
7. Sadəcə vərdiş
Bəzi insanlarda bu, balacalıqdan bir vərdişə çevrilir. Bu xüsusiyyət isə illər keçdikcə sadəcə kamilləşir.
Aparılan statistik araşdırmalara görə kişilər aşağıdaki hallarda daha çox yalan danışırlar:
- 26% kişi içdiyi spirtli içkinin miqdarını azaldır.
- 51% kişi başqasına bəslədiyi simpatiyanı gizlədir.
- 21% kişi aldatdığını gizli saxlayır.
- 13% kişi aldığı hədiyyələrin qiymətini ikiqat artırır.
- 14% kişi yalan danışaraq başqa yerə əylənməyə gedir.
Odur ki, gəlin bir-birimzə yalan danışmayaq. Acı həqiqət şirin yalandan yaxşıdır.