Qadin.NET / Kişilərin sevdiyi və sevmədiyi qadın tipləri

Kişilərin sevdiyi və sevmədiyi qadın tipləri

 

Kişilərin sevdiyi və sevmədiyi qadın tipləri

Kişilərin sevmədiyi qadın tipləri

Feminist

Xüsusilə həddindən artıq feminist olan və hər dediklərinin altında fərqli başqa bir şey axtaran qadınlar kişilərin heç sevmədiyi qadınlardır.

Həddindən artıq bağlılıq

Kişilər müstəqil qadınları sevirlər, tez-tez zəng edib çox suallar verən qadın tiplərini sevməzlər. Çünki bu tip qadınların hər zaman özlərinə ehtiyacları olduğunu düşünərək, onları özlərindən aşağı səviyyədə görə bilərlər. 

Kişilərin sevdiyi və sevmədiyi qadın tipləri

Romantik

Romantikanı çox sevən qadınların xəyal dünyasında yaşadığını sanan kişilər izlədiyi filmlərdən və ya oxuduğu kitablardan təsirlənən romantik qadınları heç bəyənməzlər. Çünki bu tip qadınlar hər saniyə qayğı və romantika istəyirlər.

Əsəbi

Kişilərə qarşı çox vaxt acıqlı olan və daima dava-dalaşa hazır olan qadın tipləri kişiləri ailəsindən soyuda bilər. Belə bir qadınla yaşamaq kişilər üçün olduqca çətindir.

 

Kişilərin sevdiyi və sevmədiyi qadın tipləri

 

Nazlı

Həmişə nə üçünsə ağlayan və istədiyi bir şey olana qədər inad edən qadınlar kişilərin qaçaraq uzaqlaşmasına səbəb olan tiplərdir. Bu qədər nazlı bir qadınla evlənən bir kişinin xöşbəxtliyini başqa qadınlarda axtarmasına təəccüb etməməliyik.

Kişilərin sevdiyi qadın tipləri

Bir kişinin nə istəyib-istəmədiyi ilə maraqlanan qadınlar bu sual qarşısında bəzən cavabsız qalırlar. Qadınlar sərt, əsəbi olsalar da, kişilərinin yanında əsl üzlərini gizlədib, mehriban, qayğıkeş bir xanım olduqlarını göstərə bilərlər.

 

Kişilərin sevdiyi və sevmədiyi qadın tipləri

 

Mehriban xanım

Bu qadın tipi hər zaman xöşbəxt olan tipdir. Hər şeyə yaxşı niyyətlə baxar, əri evə gec gələndə isə narazılıqlarını bildirməz, qaşqabaq tökməz, şirin dillə qarşılayarlar. Tək işi ərini və uşaqlarını xöşbəxt etməkdir. Mehriban, qayğıkeş qadın tipi kişilərin ən çox bəyəndiyi tipdir.

Seksual qadın

Belə bir qadınla birlikdə olan kişilər özlərini dünyanın ən xöşbəxt kişisi sayarlar. Hər zaman seksual görünən bu qadın tiplərini kişilər xüsusilə bəyənər və onlar ilə olmaqdan böyük zövq alarlar. 

Kişilərin sevdiyi və sevmədiyi qadın tipləri

Həm dost, həm həyat yoldaşı

Kişilər bəzən hər şeylərini, bütün sirrlərini danışa biləcəkləri bir qadın istəyərlər. Həm dost, həm də həyat yoldaşı olan ideal bir qadın tipi ilə hər şeyi danışa bilərlər. Qonaqlıqlara birlikdə gedər, süfrəni birlikdə düzəldər, hətta futbola belə birlikdə baxarlar. Çılğın qadın tipləri kişilərin itirmək istəmədiyi tiplərdir.

Sərbəst qadın

Bu tip qadınlar kişiləri bezdirən suallar verməz və kişiləri hərtərəfli anlayar. "Harada? Kiminlə?" kimi suallar onlara yaddır. Özünə və ərinə olan inamı sonsuzdur. Boş yerə qısqanmaz və qarşısındakından da bunu gözləyər.



7 aprel 2016
GO BACK