Anlayışsız kişilərlə necə davranmaq lazımdır?
Evli cütlüklər arasındakı ən fundamental problemlər kişilərin qadınları anlamaması, onlara kömək etməmələri və xanımlarına maraq göstərməmələridir. Edilən araşdırmalardan bəlli olub ki, qadınlar ən çox yaxın yoldaşlarından və qonşularından məmnun olarkən, özlərinə qarşı ən anlayışsız davranan insanların həyat yoldaşları imiş.
Sevgili olduqları dövrdə və evliliyin ilk illərində olan anlayış, həyəcan və yaxın əlaqə getdikcə tədricən azalır, yerinə monoton, maraq sahələri başqa yerə "sürüşmüş", paylaşılmağı mümkün olmayan əlaqələr gəlir. Əslində partnyor əlaqələrində həlli mümükün olmayan çox şey yoxdur. Amma məsələnin həlli cütlüyün ər-arvaddan asılı olduğu üçün bir çox cütlüklər özünü dəyişməkdən imtina edir. Həllsizlik çox vaxt bundan qaynaqlanır. Cütlük bir az ünsiyyət quranda, bir az özünü günahlandırmadan ifadə etməyi öyrənəndə, bir az da qarşısındakı "Görəsən nə hiss edir?" deyə düşünəndə əlaqələr zamanla yoluna girə bilər. Və çox təəssüf ki, partnyorlardan biri dəyişməzsə, qarşısındakı da dəyişmir. Dəyişmə üçün birinin ilk addımı atması mütləq şərtdir.
Kişilər maraqlanıb, kəşf edə biləcəkləri qadınları cazibədar hiss edirlər." Kişilər məni sevsəydi nə istədiyimi bilərdi!" Və ya "Mən söylədikdən sonra bir əhəmiyyəti yoxdur!" - kimi cümlələrə nifrət edirlər. Kişilər çox vaxt seçdiyimiz dolanbac cümlələri anlamırlar. Hər nə qədər, kişilər üçün "Eşqsiz seks, nigahsız uşaq istəyərlər!" fikri əsas olsa da kişilər də ətdən, sümüklərdən yaradılmış varlıqlardır, duyğuları və hissləri olan canlılardır. Heyranlıq duyğusunu yaşamayan kişilər çox anlayışsız olarlar və eyni qadınlar kimi bədbəxtliyə düçar olurlar.
Dr. Cem Keçedən qadınlara tövsiyələr:
- Özünüzə və qadınlığınıza zaman ayırın.
- Baxımınıza diqqət edin.
- Qadınlar fərdi inkişaflarına diqqət göstərməlidirlər.
- Həyatı həyəcanla yaşamaq lazımdır.
- Sirrini mütləq qorumalıdır.
- Ehtirasa fikir verməməlidir.
- Qarşındakıyla günahlandırıcı şəkildə danışmamalıdır.
- Dolanbac cümlələr qurmamalı,"düz" ünsiyyət qurmalıdır.
- Qətiliklə hər hansı bir vəziyyət ya da insan ilə müqayisə etməməlidir.
- Ev işlərini davamlı tək başına etməyib bunu əyləncəli hala gətirməli və birlikdə etməyə fürsət yaratmalıdılar.
- Kişilərin də romantik ola biləcəyini unutmamalıdırlar.
- Dəyərləndirməli və təsdiqləməlidirlər.
- Ehtiyac duyduqları zaman dəqiq bir şəkildə bunu dilə gətirməlidir.
- Ona olan heyranlığınızı hər fürsətdə dilə gətirməlisiniz.