Qadin.NET / Kişilər sosial şəbəkələrdə

Kişilər sosial şəbəkələrdə


Səni maraqlandıran kişinin status və mövqeyini necə çözmək olar?


1. Dərin fikirlər həvəskarı
"Dostlar - özümüz seçdiyimiz bir ailədir."
İzah: O özünə çox ciddi yanaşır, lakin ona hər zaman güvənmək (etibar etmək) olar. O hər şeyi daha yaxşı düşünüb, daha sonra hərəkətə keçməyə meyillidir (yaxındır). Buna görə də düşünülməmiş hərəkət və satqın xəyanətkarlıqdan ehtiyat etməyə bilərsən.

2. Şikayətçi
"Vəziyyətdən istifadə edərək, bu gün məni dördyol ayrıcında qabağıma girən madyana salam deyirəm."
İzah: Əgər o sosial şəbəkələrdən bütün dünyaya öz ağrısını (acısını) çatdırmaq (və ya təcili tədbir tələb etmək, həllini tələb etmək) üçün istifadə edirsə, adi həyatda o, diqqətə ehtiyaclıdır (diqqət çatışmamazlığı var). Beləliklə, acıq, hirs ifadə edən mövqe ürəkaçan (və ya sevinc ifadə edən) mövqedən daha çox cavab əldə edilməklə (səsə səs vermək, hay vermək) xarakterizə edilir. (İnsan acı, kədərli halında daha çox diqqət qazanır - F.A)

3. Kinoman/teleman/kitabman
"Şeldon Kuper demişkən, təkamül - fikir (rəy) deyil, faktdır!"
İzah: Kişilər filmlərdən cümlələri sitat gətirməyi, bir-birilərinin danışığından onları seçməyi (tanımağı) çox bəyənirlər. Bu, kişilər üçün dostlarına - onları unutmadığını xatırlatmaq üçün bir üslubdur. Sənin üçün ipucu isə, onunla dost olmaq üçün baxmaq/oxumaqdır.

4. Faydalı məsləhətlər (nəsihət) mənbəyi
"Elə bu dəqiqə bildim ki, Milana Berlindənsə, Riqadan uçmaq daha ucuzdur."
İzah: Onun məlumatlılığı lovğalığı ilə sərhədlənir (əhatə olunur), amma o ki, virtual tanış kütləsinin diqqətini öz üzərinə çəkmək üçün bu cür cəhd göstərir,  sənə də onunla (münasibət qurmağın) darıxdırıcı gəlməyəcək.

5. Teleqrafçı
"Səhər yeməyi üçün kafeyə getdim. Hamburger yedim. Sonra qızarmış kartof sifariş etdim".
İzah: Facebookda onun səhifəsinə axıdılmış (boşaldılmış) düşüncə axını (və ya etiraf) sizi yaxşıca yora bilər. Amma, hər zaman onun nə düşündüyünü biləcəksiz! Sən və onun 600 dostu...

(Qeyd edim ki, bu sadəcə olaraq bir təxmindir. Misal var, ağıılı insanlar məntiqli sözləri əzbərlədilər, ağıllıları seçmək çətin oldu. Bu net bir qərar deyil. Lakin, şəxsiyyətin psixoloji portretini (əgər bu insan dedikləri və ya yazdıqlarını köçürtməsə) çizməyə yardımçı ola bilər. Demək olar ki, köçürtsə belə, o cəhətlərə meyillidir demək də mümkündür. Amma bir qayda olaraq, unutmayaq ki, sosial həyata görə insanı tanımaq anlamı düz anlam deyil. Bu özü geniş müzakirəli mövzudur.- F.A)


Tərcümə: Fərid Abdullah

9 iyul 2020
GO BACK