1. Qar Kürəsi
Yeni il deyəndə ilk ağla gələn hədiyyə qar kürəsidir. Qar kürələri həm qadınlar, həm də kişilər üçün ən gözəl hədiyyələrdən hesab olunur.
2. Ətir
Ətir ən klassik hədiyyələrdəndir. Ətir istifadə etməyi sevən biri üçün ideal hədiyyədir.
3. Pijama
Rahatlığını sevən kişilərə pijama hədiyyə edə bilərsiniz.
4. Qolbaq
Hədiyyə alacağınız şəxsin zövqünə görə qolbaq ala bilərsiniz. Kişilərin ən çox üstünlük verdiyi aksesuarlar saat və qolbaqdır.
5. Ağıllı saat
Ağıllı saatlar kişiləri sevimli aksesuarlarındandır. Ağıllı saatlar bir çox funksiyaya sahibdir. Texnoloji yenilikləri sevən birinə ağıllı saat hədiyyə edə bilərsiniz.
6. Köynək
Köynək kişilərə alına biləcək hədiyyələr siyahısında ağla ilk gələnlərdəndir. Əgər riskə getmək istəmirsinizsə, köynək ala bilərsiniz.
7. Qol düyməsi
Qol düymələrinə təlabat azalsa da, iş adamları üçün əvəzedilməz hədiyyədir. Düyməni seçərkən hədiyyə aldığınız şəxsin tərzini gözünüzün qabağına gətirin.
8. Şəkil çərçivəsi
Birlikdə olduğunuz anları ölümsüzləşdirmək və mənəvi dəyəri yüksək olan hədiyyə vermək üçün şəkil çərçivəsi əla seçimdir. Taxta və ya metal, divara asıla bilən çərçivələr dekorasiya trendlərindəndir. Çərçivə alarkən şəkil çıxartmağı unutmayın.