Qaynananız sizi mənəvi cəhətdən yorur, yoldaşınızla aranızın açılmasına səbəb olurmu? Əgər cavabınız “Bəli”dirsə bir azdan verəcəimiz məsləhətlərə tiqqət yetirin.
Tanış olduğunuz ilk vaxtdan etibarən sizi tənqid edən, rəftarıyla əsəbləşdirən qaynananızla bu məsləhətlər sayəsində daha yaxşı yola gedəcəksiniz.
Onu anlamağa çalışın
Qaynana və gəlin arasında yaranan problemlərin bir çox fərqli səbəbləri ola bilər. Qaynananın özünü oğlu tərəfindən ikinci plana atılmış kimi hiss etmələri əsas səbəb ola bilər. Oğlunun həyatının mərkəzindən uzaqlaşması və yeni biriylə başqa bir həyat,münasibət qurması qaynananın özünü geri planda hiss etməsinə səbəb ola bilər. Qaynananın sizə qərəzli rəftarının arxasında da məhz bu səbəb yatır. Onu anlamağa çalışın. Qərəzli hərəkətlərinin sizinlə şəxsi bir problemi olduğu üçün yox, içində yer aldığı ruhi vəziyyətindən qaynaqlandığını heç vaxt unutmayın. Bu sizə, onun rəftarına aqressiya ilə yanaşmağınıza mane olacaq.
Aranıza fiziki məsafə qoyun
Müntəzəm bir yerdə olmaqdansa evlərinizin ayrı şəhər, ölkədə olmağının faydası var. Imkan daxilində qaynananızla bir evdə yaşamayın. Bununla yanaşı, hər qonaqlığa, mərasimə də ərinizə qoşulub getməyin. Amma araya soyuqluğun girməsinə də icazə verməyin. Əgər fiziki məsafə işini mənəvi məsələyə də qatsanız, bundan həm əriniz, həm də onun ailəsi ilə olan münasibətiniz böyük zərər görə bilər.
Qaynananızın tənqidi fikirlərinə soyuqqanlı yanaşın
Qaynananız sizi hər vəziyyətdə tənqid edirsə, günahlandırırsa, təzyiq göstərirsə, başqalarının yanında danışmağınıza imkan vermirsə və özündənrazı olduğunuzu fikirləşirsə, onun bütün bu rəftarları aranızdakı münasibət haqqında həyəcan siqnalı verir. Onun hərəkətlərinə, sizə olan münasibətinizə aranıza qoyduğunuz soyuqluqla cavab verin. Məsafəli olun. Hətta o sizə yaxşı rəftar etsə də siz yenə də o məsafəni qoruyun.
Telfonda danışmamışdan əvvəl sakitləşin
Qaynananızla telfon danışığından əvvəl axırıncı söhbətləriniz xatırlayın. Əvvəlki telefon danışıqlarınızda qaynananızın sizin gərginləşməyinizə səbəb olan cümlələrini, eyhamlı sözlərini, iynəli atmacalarını nəzərdən keçirdin. Sizi əsəbləşdirən bu cümlələri eşidəndə bir daha təkrar sarsılmamağınız üçün zəng etməmişdən əvvəl sakitləşin və belə vəziyyətlə necə mübarizə aparacağınızı fikirləşin.
Hisslərinizi nəzarətdə saxlayın
Qaynananızla aranızdakı münasibətdə hisslərinizə nəzarət edin. Qaynananıza qarşı nə çox qaba, nə də çox səmimi olun. Nə qədər çətin olsa da qaynananıza qarşı dürüst olmağa çalışın. Hər bir gərginləşmə anında ərinizin anası olduğunu unutmayın və ona qarşı hörmətli rəftar etməyə cəhd göstərin.
Ərinizi və uşaqlarınızı fikirləşin
Əriniz və uşaqlarınızla aranızın pozulmamağı üçün, ailə daxili mehribanlığınızın zərər görməməyi üçün bəzi zamanlarda səssiz qalmağa üstünlük verin. Qaynananızla olan gərgin mübahisəniz bütün ailənin əsəbləşməyinə və gərginləşməyinə səbəb olacaqsa, özünüzün və ailənizin xoşbəxtliyi üçün cavab verməməyə cəhd edin. Qaynananızla olan mübahisələrinizlə və onun sizi kədərləndirən rəftarı ilə mübarizə aparmağın ən yaxşı üsülunun aranıza məsafə qoymaq olduğunu unutmayın.