Qadin.NET / Xoşbəxt ailə niyə boşanır?

Xoşbəxt ailə niyə boşanır?

 



 

Ailənin bir nömrəli problemi: gəlin-qaynana davasıdır. 

Qayınana-bu sözdə çox mənalar və çox sirlər gizlənir. Kimlər üçün bu faciə, kımlər üçün xoşbəxt reallıq, kimlər üçün isə ... Bunları araşdırmağa çalışaq.
Xoşbəxt reallıqda hər şəy aydındır. Münasibətlər elə də yaxşı deyilsə nə etməliyik ?

Əvvəlcə səbəblərı aydınlaşdırmağa çalışaq. Əlbəttə, ailədə cürbəcür məqamlar olur. Əslində bu konfliktlərin çoxunun səbəbi ailədə qayınana ilə gəlinin "kişi" uğrunda mübarizəsındən əmələ gəlir. Həmin kişi ki,  birinin həyat yoldaşı, digərinin isə oğludur. 
Münaqişə üçün üzdə görünən səbəblər həmişə cürbəcür olur: «sən yaxşı ev sahibəsi dəyilsən », «niyə qayınanamın yadına filan şey məhz indi düşüb?», «mənim oğlumun mədəsi quru yeməkdən xarab olub!» və s . Çox böyük  hallarda ikitərəfli mübahisələrin arxasında qayınana tərəfdən tənhalıq qorxusu, tərk edilmək, lazımsızlıq hissləri, həyat tərzinin kökündən dəyişilməsindən əmələ gələn stress durur.

 Gəlini isə hərəkətə gətirən yeni ailədə yeni mühitdə özünü təsdiqetmə və yeni yaradılmış ailədə özünə etibarlı mövqe qazanmaq hissləridir. 
Əsas vacib hal mübahisələrin səbəbləri və mübahisə elementləridir. Adətən belə hallarda kişi anası ilə həyat yoldaşının arasında qalır. Hər iki qadın ona bir-birindən şikayət edir və tədbir görməyi tələb edirlər. Nəticədə qayınana ilə gəlin arasında başlayan mübahisə konkret yeni ailə quranlar arasında konfliktə çevrilir. Bu isə artıq qorxuludur. 
  

Xoşbəxt ailə niyə boşanır?

Qayınana haqlıdır, yoxsa gəlin? 

Qədimdən indiyə kimi mövcud olan suala hələ də cavab tapılmayıb. Qayınana deyir ki, mən haqlıyam, gəlin  isə əksinə. Tərəflər arasında ortaq razılıq nadir hallarda olur. Bəzən deyilir ki, gəlin kiçikdir, dözməli, susmalı, hörmət etməlidir. Hörməti anlamayıb, haqsiz yerə gəlinin, ailəsinə, özünə hörmətsilik edəndə yenə gəlin susmalıdırmı?! Hətta bunlar azmış kimi, gəlinin övladını ondan ayırmaq istəyən, onun ailəsini dağıtmaq istəyəndə də  susmalıdırmı?! Daim gündəmdə olan bu məsələ bəzi vaxtlarda acınacaqlı bir nəticə verir. Əksərən boşanmalara gətirib çıxardır. Buna əsas səbəb yuxarıda da qeyd etdiyim kimi həyat yoldaşın münasibətləri tənzimləyə bilməməsidir. 

Yazdığım suallar məni çox düşündürdü. Çünki, bu saytda gəlin- qayınana münasibətləri barədə çox yazılır. Bəzisi deyir ki, mən dözürəm, bəzisi də deyir ki, borcumuzdu dözmək. 

Əgər bir ailə, ailə kimi yaşaya bilmirsə, yenədəmi dözməli? Axı, qadın Tanrının yaratdığı müqəddəs varlıqdır. Anadır. Niyə bu qədər zülmə düçar olub, xəstəliyə düşməlidir?

Niyə qorxuyla yaşmalıdır ki,övladım nə vaxtsa onların sözünə inanıb məndən üz döndərsə mən nə edərəm?! 

Bəzi böyüklərə sualım var. Hörmət etdikcə, qayğı, sevgi göstərdikcə niyə axı haqsız yerə kobudluq edib, ailə dağıdırsınız?! 

14 aprel 2016
GO BACK