Əziz xanımlar,bu dəfə gəlinin qaynanadan,qaynananın da gəlindən şikayətlərini paylaşacam sizlərlə. Düzdü hələ ailə qurmamışam, nişanlıyam. Yəni mən də bir gəlinəm. Gəlin-qaynana münasibətləri məni çox marağlandırır. Mən də araşdırdım. Buyurun oxuyun.
Qaynana və gəlin münasibəri əks münasibətə bənzəyir çox zaman. Qaynanalar gəlindən şikayətçi, gəlin də qananadan şikayətçi olur.
Qayananın şikayətləri bilirsinizmi çox zaman nədən edirlər?
Qaynanalar oğlanlarını çox qısqanır. Onları biriylə paylaşmaq istəmirlər. Ən əsas qızı olmayan qaynanalar evdə hər işi özləri gördükləri üçün, hər şeyi özləri etdiyi üçün gəlin etdiyini bəyənmirlər. Çünki, gəlin qayananaya yad gəlir və etdiyi iş də onun gözündə dəyər daşımır. Araşdırmalar zamanı məlum olub ki, qaynanalar ən çox gəlinin iş görməyindən şikayətlənirlər. Bir çox qaynanalar öz keçmişində qaynanası ona nə yaşadıbsa, o da öz gəlininə yaşadıqlarını yaşatmaq istəyir. "Mən əzab çəkmişəm qoy mən çəkdiyimi o da çəksin" , Bu əslində belə olmalı deyil. Öz keçmişində nə yaşayıbsa qalıb keçmişdə. Qaynanalar gəlinə qızı kimi baxmalıdır. El arasında məsəl var: "Qaynanadan ana olmaz, gəlindən də qız". Bu fikirlə həm razıram, həm razı deyiləm. Düzünü deyim ki, hər şey gəlindən və qaynanadan aslıdır. Onlar bir-birlərinə sevgiylə baxsalar, can deyib, can eşitsələr istər-istəməz yaxınlaşacaqlar.
Bəs gəlinlərin qaynanadan şikayəti nədir, bilirsinizmi?
Gəlinlərin çoxu həyat yoldaşlarının onlara şiddət göstərməsində qaynanaları günahkar sayır. Düşünürlər ki, yoldaşını anası yönləndirir. Çox hallarda bu belədir. Oğul anasının yanına gedir. Anası başlayır gəlindən danışmağa "Mənə belə davrandı, bu sözü dedi və.s" elə-elə oğlunu dolduruşa gətirir. Oğlu evə qayıdır və düşür yazıq gəlinin üstünə. Bunu ümumiyyətlə demirəm. Çox hallarda belə hallara rast gəlmişəm həyatda. Sonrakı şikayətləri isə əlbəttə ki, qaynanalarının işlərini bəyənməməsidir. Gəlinlər bu problemden çox şikayət edirlər.
Bəs siz, Əziz Qadın.Net sakinləri, qaynanızdan, yaxud gəlininizdən nə vaxtsa şikayətiniz olub?
Fikirlərinizi mənimlə paylaşsanız çox sevinərdim.