1. Xüsusilə, başqalarının yanında sərhədlərinizə hörmət etməzlər
İkili münasibətlərdə daima sərhəd olmalıdır. Bu münasibətin sağlam olmasına kömək edəcək. Hər kəslə hər şeyi paylaşmaq istəməyə bilərsiniz. Sevgiliniz ailənizin və dostlarınızın qarşısında sizin üçün həssas olan mövzuları açırsa, ola bilər ki, sizi sevmir.
2. Sizin üçün vaxt ayırmır
Münasibəti canlı tutmağın yollarından biri cütlüklərin bir-biri ilə vaxt keçirməsidir. Sizə heç vaxt ayırmırsa, sizi sevməmiş ola bilər. İki tərəf də bir-birinə qarşı fədakar olmalıdır. Yalnız bir tərəf fədakardırsa, münasibətinizi yenidən gözdə keçirməlisiniz.
3. Həddindən artıq qayğı istəyərlər
Başlanğıcda bu hal xoşunuza gələ bilər. Sevginizə və qayğınıza ehtiyacı olan biri sizi xoşbəxt edə bilər. Bu yaxşı hal olsa da, həddi aşanda heç də yaxşı olmayacaq. Bütün vaxtınızı ona ayırmağınızı istəyərlər. Onu rədd etdiyiniz halda isə münaqişə başlayar.
4. Sizi, özünə zərər verməklə təhdid edər
Xoşbəxt deyilsinizsə, ayrılmaq istəyirsiniz. Ancaq partnyorunuz ondan ayrılsanız, intihar edəcəyi ilə bağlı sizi təhdid edər. Bu çox ciddi manipulasiya növüdür. Sizi sevən biri fiziki və zehni olaraq sizə zərər verəcək heçnə etməz.