Qadin.NET / Zəhərli münasibətdə olduğunuzu göstərən hallar

Zəhərli münasibətdə olduğunuzu göstərən hallar

 

Passiv-aqressiv davranışlar

Bir problem olduğunu hissetdiyiniz zaman qarşı tərəfə "Nə olub?" sualını verdikdə heç nə olmadığını dediyi halda sizə soyuq davranmağa davam edirsə, sizi passiv-aqressiv formada cəzalandırır. Bu halın ən böyük problemi səbəblərin sizə göstərilməməsidir. Nəyin səhv olduğunu bilmədiyiniz üçün həll yolu tapa bilmərsiniz. 

Zəhərli münasibətdə olduğunuzu göstərən hallar

Davamlı hesabat vermək ehtiyacı hiss edirsinizsə...

Özünüzü ifadə etməkdə və açıqlamaqda problem yoxdur. Davamlı qarşınızdakı insana niyə etdiyinizi, günahsız olduğunuzu, düşündüyünüz kimi olmadığını açıqlama ehtiyacı hiss edirsinizsə, sağlam münasibət qura bilmərsiniz. 

Zəhərli münasibətdə olduğunuzu göstərən hallar

Eyni yerdə addımlayırsınızsa...

Davamlı eyni mövzular, münaqişələr gündəmə gəlirsə, həll yolunu tapmasınızsa, eyni yerdə addımlamağa davam edərsiniz. Bu zəhərli münasibətdir. Həll edilməyən problemlər təkrar-təkrar gün işığına çıxacaq.

Zəhərli münasibətdə olduğunuzu göstərən hallar

Yorulmaq

Qarşınızdakı insanın daima dəyişən əhvalına uyğunlaşmağa çalışmaq yorucu ola bilər. 

 


22 sentyabr 2019
GO BACK