Qadin.NET / Sən getdin...

Sən getdin...

Sən getdin...

 

Sən getdiyin andan hər şey elə dəyişib ki...

 Gördüyüm ən gözəl röya sənin olduğun, duyduğum ən gözəl sevgi sənin əsərin, gördüyüm ən gözəl dünya sənin gözlərindi! Və qurduğum ən gözəl xəyal sənsən! İndi hər şeyi daha yaxşı başa düşürəm. Yaşamaq - nəfəs almaq deyildir. Səni sevərkən sənsiz olmaq odda yanmaq kimi bir şeydir.

 Sən darıxdığım insanların arasında ən çox darıxılansan. Darıxdıqlarımın arasında ən özəlisən. Kim bilir, hansı axşam günəşlə bərabər mən də sönəcəyəm. Kim bilir, hansı əllərdən son suyu içəcəyəm. Bəlkə səni görmədən öləcəyəm, amma səni əbədiyyən sevəcəyəm!

Darıxılanda sənsən, darıxdıran da sənsən! Varkən doyulmayan, yoxluğuna dayanılmayansan!

Əvvəllər həsrət nədir bilmirdim. Yarımdan hec ayrı qalmamışdım. İndi tez-tez təqvimə baxıram.Ayrılıq cox çətin gəlir. Uyğunlaşa bilmirəm!

Düşünmə ki,  gözlərim sənə baxdıqca nə vaxtsa bezəcək. Ölsəm belə ruhum daima səninlə qalacaq. Əgər gözlərim bu dünyaya yumularsa, inan ki,son sözüm "SƏNİ SEVİRƏM" olacaq. Sahillər dalğanı necə gözləyirsə, torpaqlar suya necə həsrətsə, sən də mənim  həsrətimsən!

Sən - axmayan ulduzum, batmayan günəşim, yaşanan həyatım, tutunan ümidimsən. Bu ürək səni heç vaxt unutmayacaq. Mən xəyallara hec dalmıram. Çünki tək xəyalım sənsən! Heç bir şey istəmirəm! Tək istəyim sənsən! Bu dünyada səninlə yaşamaq, belə uzaq olmaq mənə çox çətin gəilr. Mən səndəyəm, sən məndəsən! Bir-birimizi unutmaq istəsək də, artıq unuda bilməyəcəyik! Sevgili dedikdə ya sənin kimi olmalı, ya hec olmamalıdır. Xəyalın beynimdən silinənə kimi, ağlamaqdan gözlərim kor olana kimi hər dəqiqə SƏNİ SEVƏCƏYƏM!

Gülüşünü özlədi gözlərim! Sənin üçün çox darixiram.Tez gəl....

 
16 oktyabr 2011
GO BACK