Qeyd edilmiş şərtlər üstünlük baxımından aşağıdakı kimi sıralanır:
a. Həyat yoldaşının dini
b. Həyat yoldaşının ailəsi
c. Həyat yoldaşının əxlaq və davranışı
d. Evlilik həyatında elə uyğunluq və balans kriteriyaları vardır ki, onlar ailə qurmaq üçün elə də problem hesab edilmir.
Məsələn, savad azlığı, kasıblıq kimi. Lakin elə cəhətlər də vardır ki, onlar ailənin mövcudluğuna təsir göstərə bilər. Məslən, işləyib-işləməmək, hansı sahədə işləmək kimi. Əlbəttə, irq və coğrafi mövqe kimi amillərin də təsirsiz olduğunu deyə bilmərik. Hər bir irq və dünyanın bir sıra yerlərində məskunlaşmış xalqların bəzi özəlliklərini nəzərə alsaq, deyə bilərik ki, bu cür amillər də ailə təməlində uyğunluq üçün və həyat yoldaşının seçilməsində təsirli amillərdəndir.
Qeyd: Ola bilər ki, bu şərtlərdən hansısa birinə tənqidlə yanaşmaq mümkün olsun. İstisnaları nəzərə alsaq da, əksəriyyətin qurduğu ailələrdə baş verən narazıçılıqlar, əsasən bu problemlərin üzərində qurulur. İddia etmək olar ki, əvvəllər hər şey qaydasında olduğu halda sonralar problemlər çıxır və ailənin məhvinə gətirib çıxarır. Bu isə başqa mövzuya aiddir və belə düşünürük ki, ailə qurmamışdan əvvəl qeyd edilən kriteriyalar nəzərə alınsa, gələcəkdə qurulan ailədə, yaranması ehtimal olunan çoxlu sayda problemin qarşısını alacaqdır.
Farid Abdullah