1. Nağılvari ssenari hazırlayın
Xüsusi günü, ən kiçik detallarına qədər planlayın. Təbii ki, bu planları onun xoşlaya biləcəyi tərzdə edin. Bir çox qadın, təəccüblənməyi sevir. Onu təəccübləndirib, sevindirin.
2. Ona hədiyyə və çiçək vermək yerinə xüsusi gün yaşadın
Hədiyyələr, çiçəklər möhtəşəmdir. Bir çox qadının hədiyyə və çiçəkdən xoşu gəlir. Amma xüsusi bir gün onun yaddından çıxmayacaq. Onu həyacanlandıran, unutmayacağı gün yaşadın. Sürpriz daha təsirli və mənalıdır. Birlikdə xüsusi sərgi gəzmək, rəqs etmək, ikiniz də sevdiyi konsert əla seçimdir.
3. Bütün diqqətinizi ona verin
Onun yanında olarkən, bütün diqqətinizi ona cəmləyərək xüsusi hiss etməsinə səbəb ola bilərsiniz. Telefonu söndürün. Başqaları sizi narahat etməsin. Həmin günü tamamilə ona həsr edin. Bu ona özünü dəyərli hiss etdirəcək. Həmin gün iş görüşmələrini, sosial medianı və futbol nəticələrini bir qırağa qoyun.