Qadin.NET / İlk baxışdan sevgi

İlk baxışdan sevgi


Sevgini kimyəvi prosesə bənzədirlər.Avstriya professorlarından biri bu qənaətdədir ki,karbohidrogen və azotdan təşkil olunan bu ferment beyində ifraz olunur və onun insanların keçirdikləri sevgi hissi ilə birbaşa bağlılığı vardır. Aparılan araşdırmada sevən kəsin qanında 7 hormonun miqdarının kəskin dərəcədə artdığı göstərilir.Əlbəttə ki,sevgilisi insanın yanında olanda sevgi v ona bənzər hisslərdə qanın tərkibinin necə dəyişdiyini müşahidə edirlər.Bu prosesin insana verdiyi impulsu da göstərirlər.
Öncə beyin vizual informasiya toplayır,eşitmə orqanı öz işinə başlayır,sonra iybilmə mərhələsi başlanır-beyinə sevilən şəxsə xas olan iylərlə bağlı məlumatlar ötürülür.Kimyəvi siqnallar bədənin bütün hissələrinə çatdırılır.Bu proses nə az,nə çox,cəmi 4 saniyə çəkir.Beləliklə,ilk baxışdan sevgi yaranır.


Baxışlar insanın ürəyindən xəbər verir.Bu baxışlarla insanlar haqqında məlumat əldə etmək olar.Yəni bu baxışlarla müəyyən etmək olar ki,onun hansı məsələyə münasibəti necədir.Uzmanlara görə,kişilərdə və qadınlarda bu proses yetərincə fərqli şəkildə olur.Fərq ondan ibarətdir ki,kişilər qadınlara baxarkən onları ayaqdan-başa süzürlər və sonda gözdə dayanırlar.Qadınlar isə əksinə,əvvəl kişinin sifətinə baxırlar və baxışla tanışlıq prosesinin sürəti qadınlara nisbətən kişilərdə uzun çəkir.Qadınlar çox ani olaraq bu prosesi başa vururlar və özlərini elə göstərirlər ki,qarşılarındakı kişiyə qarşı çox laqeyddirlər.Hər bir kişi qadını baxışı ilə qiymətləndirir.Elə qadın da kişiyə hiss etdirmədən o cür münasibətdə olur.
Ekspertlərə görə,hər bir kəsə artıq 2-5dəqiqədə istənilən subyektin onun üçün maraqlı olub-olmaması aydınlaşır.Ünsiyyət zamanı əldə olunan informasiyanın 55%i mimika və jestlə,38%i informasiya və danışıq sürəti,7%i isə söylənilənlərin məzmunu sayəsində əldə olunur.


20 oktyabr 2011
GO BACK