Qadin.NET / Münasibəti korlayan və möhkəmlədən ifadələr

Münasibəti korlayan və möhkəmlədən ifadələr

 

Baxın, əzizlərim, görün bunlardan hansını söyləməyə dilimiz öyrəşib? Bəzi insanlar var ki, onlar başqa cür demək istəyərdilər, amma deyə bilmirlər. Biz özümüzü möhkəmləndirici ifadələr deməyə öyrəşdirməli və bunu süni deyil, içdən etməyi bacarmalıyıq.

Qeyd: "a" bəndi pozucu, qırıcı ifadələr, "b" bəndi isə möhkəmləndirici ifadələrdir.

Münasibəti korlayan və möhkəmlədən ifadələr

***

a) Mən səninlə danışmaq istəmirəm!

b) Gəl daha sonra bu barədə danışaq.

***

a) Səninlə adam balası kimi xoş yaşamaq alınmır.

b) Sən mənimlə bu cür rəftar etdikdə canım ağrıyır.

***

a) Sən həmişə itirirsən. Bilmirəm fikrin hardadır.

b) Gəl görək bu vəziyyətdən necə çıxa bilərik.

***

Münasibəti korlayan və möhkəmlədən ifadələr

a) Yeri get nə istəyirsən elə.

b) Bir yerdə qərar vermək mənim üçün çox önəmlidir.

***

a) Əşi sən kimə lazımsan e? Məndən başqa kimə gərəksən?

b) Sən mənim bir dənəmsən. Səndən yoxdur.

***

a) Hə, mən sənə demişdim də belə olacaq!

b) Eybi yox, gələn dəfə başqa cür edərik.

***

Münasibəti korlayan və möhkəmlədən ifadələr

a) Sən bunu qəsdən edirsən ki, məni cin atına mindirəsən. Ziyanəvər!

b) Bilirəm ki, bilərəkdən etməmisən. Sənin məni incitmək fikrin yox idi.

***

a) Bütün günü harın kimi oturub, heç bir iş görmürsən.

b) Sənsiz mənim işlərim getməzdi. Sən mənə dayaqsan.

***

Bəyəndinizsə, fikirlərinizi də bölüşün. Əlavələriniz varsa, qeyd edin, hamı bəhrələnsin.

 

Farid Abdullah

21 may 2019
GO BACK