Lahmacun, kabab, pide
Pide, lahmacun, kabab kimi yeməklər dadlıdır. Fəqət ilk görüşdə ağzınızda fərqli dad və qoxu olmağını istəmərsiniz.
Soğanlı və sarımsaqlı yeməklər
Soğan və sarımsaq qatılmış yeməklər, ilk görüşdə yeməməli olduğunuz qidalardandır.
Xiyar və cəfəri
Yaşıl qidalar çox sağlam olsa da, dişlərinizin arasında qala bilər. Bu da ağız dolusu gülməyin baş düşmənidir. İlk görüşdə bundan qaçmalısınız.
Ədviyyatlı və acılı yeməklər
Acını və ədviyyatı çox sevsək də qarşımızdakı insan sevməyə bilər. İlk görüşdə mədənizdə və ya həzm sisteminizdə problem yaranmasını istəmirsinizsə, bu bəndi diqqətə alın.
Lobya
Lobya mədədə və bağırsaqda köp və qaz yarada bilir. İlk görüşdə özünüzü rahat hiss etmək istəyirsinizsə, lobyadan uzaq olun.
Hamburger
İlk görüşdə hamburgerdən uzaq olmalısınız. Əllə yemək yeyib qarşı tərəfdə mənfi təsir yarada bilərsiniz.
Spagetti
Bir çox insan makaronu sevir. Lakin onu yeyərkən ağız yağ içində qala bilər və bu qıraqdan yaxşı görünməz.