Qadin.NET / Xoşbəxt münasibətə sahib olmaq üçün...

Xoşbəxt münasibətə sahib olmaq üçün...

 

1- Bir-birinizə xoş sözlər deyin

Gündə bir dəfə olsa da, bir-birinizə gözəl sözlər deyin. Birlikdə maraqlı dəqiqələr keçirmək üçün sevdiyiniz fəaliyyətlərlə məşğul ola bilərsiniz. Filmi izləyə bilərsiniz. Birlikdə gəzintiyə çıxa bilərsiniz.

 

Xoşbəxt münasibətə sahib olmaq üçün...

 

2.  Münaqişə zamanı bir-birinizə qışqırmayın

Münasibətdə müəyyən mövzularla bağlı anlaşılmazlıq olması təbiidir. Cütlüklər arasında, müəyyən problemlər yaşana bilər. Münaqişə zamanı səs tonunuza diqqət edin. Bir-birinizə qışqırmaq qəlbinizi və ya qəlbini daha çox qıra bilər.

 

Xoşbəxt münasibətə sahib olmaq üçün...

 

3. Eşq hakimiyyət mübarizəsi deyil

Eşq zərifliyi sevər. Eşqin hakimiyyət mübarizəsi olmadığını unutmayın. Bir-birinizi idarə etməyə çalışmaq əvəzinə, bir-birinizə qarşı zərif davranmağa çalışın.

 

Xoşbəxt münasibətə sahib olmaq üçün...

 

4. Keçmiş keçmişdə qalsın

Hər kəs keçmişdə səhv etmiş ola bilər. Cütlüklər bir-birilərinə keçmişdəki xətaları davamlı xatırlatmamalıdır. 

 

Xoşbəxt münasibətə sahib olmaq üçün...

 

5. Xətanız varsa, etiraf edin və üzr istəyin

Birinin xətaya yol verməsi dünyanın sonu deyildir. Əgər xətanızı gördünüzsə, bunu etiraf edin və üzr istəyin. Davamlı səhvə yol verib, üzr istəməyi vərdişə çevirməyin.

11 iyul 2019
GO BACK