Sevgilinizin sevdiklərini sevmək məcburiyyətində deyilsiniz
Eyni şeyləri sevmək məcburiyyətində deyilsiniz. Əgər futbol oynamağı sevir və siz sevmirsinizsə, oturub futbol izləməyə və ya oyun oynamağa məcbur deyilsiniz. İstəmədiyiniz bir şeyi etməyə çalışmaq həm sizi incidəcək, həm də qarşı tərəfi..
Hər şənliyə birlikdə getməyə məcbur deyilsiniz
Əgər ailəsi qonaqlıq verirsə, özünüzü yaxşı hiss etmirsinizsə, narahat olmayın, evdə qala bilərsiniz.
Hadisələri axışına buraxmağa çalışın
Bəzən hadisələri axışına buraxıb yatmaq daha yaxşıdır. Beləliklə, səhər oyandıqda reaksiyanızın mənasız olduğunu görüb, daha düzgün addımlar ata bilərsiniz.
Bərabərlik məcburiyyət deyil
Birlikdə yaşayan insanların iş bölümü etmək təbii və lazımlı haldır. Amma hər şeyi bərabər bölmək məcburiyyətində deyilsiniz. Hamının fərqli məsuliyyətləri var.
Hər dəqiqə bir-birinizi görmək şərt deyil
Hər həftə bir günü ayırmaq olduqca çətindir. Günü fərqli fəaliyyətlərə sərf etmək hər fərdin haqqıdır.