Duyğuları idarə etmək çətinləşir
Mütəxəssislərə görə münasibətin başlanğıcında kortizol- stress hormonun səviyyəsi artır. Stress hormonun artması, ruh halımızı tənzimləyən serotonini azaldır. Yüksək stress hormonu duyğularımızın tez-tez dəyişməsinə səbəb olur. Bu təşvişə yol açır.
Korlaşdırır
"Eşqin gözü kordur" deyimini elm təsdiqləmişdir. Araşdırmalara görə birini sevdikdə beynimizin insanları təhlil edən bölümü bağlanır. Buna görə də, mənfi duyğulara sahib olmuruq. Qorxular da buna daxildir. İnsanların mənfi düşüncələri elə də vecimizə olmur. Bundan əlavə depominin təsiri ilə sevdiyimiz insana baxarkən göz bəbəklərimiz böyüyür.
Səs tonu dəyişir
Elmi araşdırmalar göstərir ki, birini bəyəndikdə fərqində olmadan səs tonumuz dəyişir. Araşdırmada kişilərin cəlbedici hesab etdikləri qadınların yanında alçaq tonda danışdığımız məlum olmuşdur. Qadınlar isə aşiq olduqda yüksək tonda danışırlar.
Ağrını kəsir
Eşq bəzən ağrı kəsici təsir malikdir. 2010-cu ildə aparılan araşdırmada, münasibətlərinin ilk 9 ayında olan cütlüklər ağrıya məruz qaldıqları 3 mərhələdən keçdilər. Araşdırma zamanı ağrıya məruz qalanlar sevdiyinin şəklini gördükdə və gözəl səsini eşitdikdə ağrıya dözə bilirdilər.