Fransanın paytaxtı Parisdə bələdiyyə böyükləri gənc sevgililərin məhəbbətlərini əbədiləşdirmək üçün "PONT des ARTS" körpüsünə asma kilid taxaraq ,kilidin açarlarını Seine çayına atmaları ənənəsinin qadağan olunacağını bildirmişlər.
Qərarın səbəbi kimi 19-cu əsrdən qalan tarixi körpüyə minlərcə taxılmış kilidlərin zərər verdiyi göstərilmişdir.
Qərarla bağlı həm də,körpüyə küçmişdə taxılan kilidlərin söküləcəyi qeyd olunmuşdur.
Asma kilidlərin "sonsuz məhəbbət"in tərənnümü olduğunu hesab edən sevgili gənclər bu qərara qarşı çıxmışlar.
Bu azmış kimi onlar hər kəsi bir araya gələrək etiraz mitinqinə çağırmışlar.
Görürsüzünüz də,Parisdəki mitinqlər daha çox bu tipdə olanlardandır.
Bizlərdə də belə bir "sonsuz eşq"məkanı varmı?
Bilənlər varsa,bizimlə də bölüşməyi unutmasınlar...
Eləcə də baxa bilərsiniz:
Eşq haqqında gözəl sözlər
Le Trung qadın robot icad etdi
Cinsəl həyatın düşmənləri