Həmişə romantika
Münasibətlərindən 5 il keçsə də, romantikanı münasibətdən əksik etməyin. Münasibətin monotonlaşmasına icazə verməyin. Mütləq həftədə 1-2 dəfə romantik dəqiqlər keçirin.
Bir-biri ilə yaxın dostdurlar
Güclü, uğurlu cütlüklər sadəcə romantik deyillər, eyni zamanda yaxın dostdurlar. Bir-biri ilə maraqlanarlar, ürəklərindən keçənləri danışarlar, birlikdə vaxt keçirməkdən zövq alarlar.
Bir-birindən gizli sirləri olmaz
Ünsiyyət, münasibətin ən vacib daşıdır. Əgər ünsiyyət yoxdursa, münasibətinizin sağlam olmasını gözləməyin. Güclü cütlüklər, bir-biri ilə hər şey haqqında danışarlar. Danışarkən bir-birini diqqətlə dinləyərlər.
Tez unudarlar
Bu tərz cütlüklər həmişə dava etsələr də, bunun keçici olduğu bilirlər. Bu məsələdə kim haqlı, kim haqsız olduğunun mənası yoxdur. Bu tip problemləri dilə gətirməzlər və tez unudarlar.
Bir-birinə hörmət edərlər
Xoşbəxt cütlüklər kiçik məsələlərdə də bir-birinə qarşı hörmət göstərirlər.