Münasibətlərinə əmək sərf etməzlər
Bu hal daha çox evlilik dövründə özünü göstərir. "Ona xüsusi olduğunu hiss etdirməyə ehtiyac yoxdur. Evliyik biz. Dəyərli olduğunu onsuz bilir." Bu tərz cümlələr səhvdir. Münasibətinizə vaxt ayırmalı və üstünlüyü sevdiyinizə verməlisiniz.
Bir-biriləri dinləmirlər
Münasibətlərdə rastlanan ən böyük problemlərdən biri də cütlüklərin bir-birinə qulaq asmamasıdır. Bir çox münasibət müharibə meydanına çevrildiyi üçün bir-birilərini dinləmək ən son edəcəkləri şeydir.
Ailələrin münasibətə daxil olması
Ailə böyüklərinin münasibətə müdaxiləsi yaxşı nəticələrə səbəb olmaz. Cütlüklər arasında uyğunsuzluq, əsəb kimi hallar ortaya çıxır.
Keyfiyyətli zaman, planlaşdırılmış zaman deyil
Sevdiyinizlə vaxt keçirmək fərqli, ünsiyyət, oyun kimi anları əvvəlcə planlamaq fərqlidir. Planlanmış vaxt əvvəlcədən təyin edilmiş görüş kimidir. Birlikdə vaxt keçirməyi unutmuş cütlüklər xoşbəxt ola bilməyən cütlüklərdir.