Qadin.NET / Əks cinsi 7 saniyəyə valeh edin

Əks cinsi 7 saniyəyə valeh edin

 

Göz təması qurun

Qarşınızdakı insanı həmin an valeh etmək istəyirsinizsə, onunla göz təmaı qurmaqdan çəkinməyin. Göz təması, sosial özgüvənin, dürüstlüyün göstəricisidir. Ünsiyyət zamanı çox danışmaq yerinə, qarşınızdakının gözlərinin içinə baxmaq daha cəlbedicidir.

Əks cinsi 7 saniyəyə valeh edin

Gülümsəyin

İlk dəfə və ya ikinci dəfə görüşməyinizin fərqi yoxdur, görüşü gülüşlə taclandırın. Gülümsəməklə ona xoşbəxt olduğunuzu göstərmiş olacaqsınız.

Əks cinsi 7 saniyəyə valeh edin

Dürüst olun

Tanış olduğunuz insana 7 saniyədə siqnal göndərə bilərsiniz. Buna görə də, qarşınızdakı insanı dürüst və etibarlı olduğunuza inandırmalısınız. Bədən dilini rahat istifadə etməyi öyrənin.


Onu dinlədiyinizi göstərin

İlk görüşdə bədən dili olduqca vacib nüanslardandır. İlk müşahidənin izləri silinmir. Qarşınızdakı insan söhbət etdikdə, xəfif ona tərəf əyilib dinləyin. Bu ona qarşı diqqətli olduğunuzu göstərəcək.

Əks cinsi 7 saniyəyə valeh edin

Davamlı özünüzdən danışmayın

Yeni tanış olduğunuz insanla görüşdükdə çox gərgin ola bilərsiniz. Naraht olduğunuz üçün davamlı özünüzdən danışa bilərsiniz. Amma qarşınızdakını 7 saniyədə valeh etmək istəyirsinizsə, ona qarşı diqqətli olduğunuzu daha çox göstərməlisiniz.

 

21 fevral 2019
GO BACK