Gülümsəyin
Kim gözəl gülüşlə qarşılanmaq istənməz ki?
Gülümsəyərək onun əhvalını yaxşılaşdıra bilərsiniz. Siz gülümsədikcə, o da gülümsəyəcək və sevildiyini hiss edəcəkdir.
Günorta yeməyini hazırlayıb çantasına qoyun
İş üçün yemək hazırlayıb çantasına qoya bilərsiniz. Bu özünü dəyərli hiss etməsinə səbəb olacaq.ə
Dostlarına dəyər verin
Dostları onun dəyər verdiyi insanlardır və onun dəyər verdiyi insanlarla yaxşı yola getdiyinizi görməsi onu xoşbəxt edəcək. Onu sevindirmək üçün dostları ilə görüş təşkil edə bilərsiniz.
Onun üçün baxımlı olun
Sizi baxımlı gördükdə nə qədər şanslı olduğunu düşünəcək.
Ona kiçik hədiyyələr alın
Sevdiyi kitab, film və ya şokolad kimi kiçik hədiyyələrlə onu sevindirə bilərsiniz.
Ona vaxt ayırın
İşiniz nə qədər çox olsa da, ona vaxt ayırmağınız münasibətiniz üçün də faydalıdır. Telefonu qırağa qoyub, onunla maraqlanın.
Yatmadan əvvəl onu sevdiyinizi deyin
Gecə yatmadan əvvəl onu sevdiyinizi deyin. Yuxuya sevgilə getməkdən gözəl nə ola bilər?
Şəxsi sərhədlərə müdaxilə etməyin
Hamının özünə vaxt ayırıb, dincəlməyə haqqı var. Xüsusilə, stresli olanda özünü yaxşı hiss etməsi üçün tək qalmasına icazə verin.