Daima sizi güldürməyə çalışırsa
Bir çox kişinin qadınları güldürməkdən xoşu gəlir. Əgər ən yaxın dostunuz, əhvalınızı olmadıqda sizi güldürməyə çalışırsa, bu hal sizi sevdiyini göstərir. Təbii ki, istisna hallar ola bilər.
Sizdən kömək istəyirsə
Ən kiçik mövzularda fikrinizi soruşursa, sizlə məsləhətləşirsə, sizin həyatınızda yer almaq istəyir.
Gizli-gizli sizi izləyirsə
Nə vaxt başınızı ona çevirsəniz, sizə baxdığını görürsünüz? Baxışlarını tutduğunuz an başını başqa tərəfə çevirir? Bu vacib işarələrdən biridir.
Daima sizinlə görüşmək istəyir
Daima sizinlə görüşmək istəyir? Əgər sizinlə maraqlanırsa, ilk addımı atacaq. Daima sizinlə görüş planı qurursa, sizinlə sevgili olmaq istəyir.
Mesajlarınıza tez cavab verirsə
İsmarıc göndərdikdə sürətli formada cavab alırsınızsa, bu hal sizinlə maraqlandığını göstərir. Bu halda, qarşınızdakı insanın sizə nə qədər dəyər verdiyini görə bilərsiniz.