Qadin.NET / Cütlüklərin bir-birinə oxşamasının elmi səbəbləri

Cütlüklərin bir-birinə oxşamasının elmi səbəbləri

 

1. Ailəyə oxşarlıq

Kişilər analarına oxşayan qadınlar cazibədar hesab etdiyini eşitmisiniz yəqin. Bir çox kişinin yoldaşına baxdıqda istər davranışları, istərsə də görünüşü ilə anasına oxşadığını görə bilərsiniz. Alimlərin açıqlamasına görə, cütlüklərin bir-birinə oxşamasının ilk səbəbi anamıza, atamıza oxşayan insanları seçməyimizdir. Yoldaş seçərkən göz rəngi və saç baxımından bənzətdiyimiz ailə üzvlərimiz olmuşdur.

 

Cütlüklərin bir-birinə oxşamasının elmi səbəbləri

 

 

2. Birlikdə keçirilən müddət

Psixoloq Robert Zanjonc, 25 ildir evli olan cütlüklərin ilk ildəki şəkilləri ilə son illərdəki şəkillərini qarşılaşdırdı. Cütlüklər ilk evləndikləri vaxt oxşamasalar da, birlikdə keçirdikləri uzun illərdən sonra bir-birinə oxşamağa başlayıblar. 

 

Cütlüklərin bir-birinə oxşamasının elmi səbəbləri

 

 

3. Həyatın hər anını birlikdə təcrübə etmək

Cütlüklərin bir-birinə oxşama səbəblərindən bir digəri də, birlikdə əldə etdikləri təcrübələrdir. Cütlüklər bir çox problem və xoş hadisə ilə birlikdə üzləşirlər. Hadisələrin izləri ikisində də qalır. Onların əhvallarına təsir edir. xarekter baxımından bəzəmə də çox vaxt belə əldə eilir.

 

Cütlüklərin bir-birinə oxşamasının elmi səbəbləri

 

 

4. Fiziki olaraq bizə oxşayan insanlar

Araşdırmalara görə, fiziki olaraq bizə oxşayan insanlara daha çox diqqət cəmləyirik. Bu fikir elmi olaraq sübut olmasa da, fərziyyə olaraq aktuallığını qoruyur.

Cütlüklərin bir-birinə oxşamasının elmi səbəbləri

 

5. Oxşar immunitet sistemləri

İmmunitet sistemimiz, yemək vərdişlərimizi və fiziki fəaliyyətlərimizi əks etdirir. Bir neçə alimin apardığı araşdırmaya görə, uzun müddət evli olan cütlüklərin immunitet sisteminin bir-birinə oxşadığını sübut etmişlər. 

Cütlüklərin bir-birinə oxşamasının elmi səbəbləri

 

 

2 yanvar 2019
GO BACK