1. Günün sonunda bir-birinizə vaxt ayırın
İkiniz üçün də çətin gün ola bilər, günün sonunda 10 dəqiqə də olsa bir-birinizə qarşı diqqətli olun. Bütün axşam televizora baxmaq yerinə, bir-birinizlə maraqlanın. Üz-üzə söhbət edin.
2. 3 aydan bir "xəyallarını və hədəflərini reallaşdırmana necə kömək edə bilərəm?" yığıncağı edin
Sağlam və güclü münasibət üçün təkcə eşqin kifayət etmədiyini bilirik. Birlikdə olduğumuz insan bizdən həmişə dəstək gözləyir. Sizin dəstəyinizlə özgüvəni artır, bunu hiss etməsəniz də. Ona xəyallarını reallaşdırmaq üçün dəstək olun. Bir-birinizə kömək edin. Bunun üçün 3 aydan bir bu mövzuda qarşılıqlı müzakirə aparın.
3. Nə düşündüyünüzü açıq deyin
Hər şey həmişə mükəmməl olacaq deyə şərt yoxdur. Münasibətdə aktiv olmağa çalışın, münasibət haqqında nə düşündüyünüzü açıq formada deyin. Mənfi halları demək sizi narahat edə bilər, amma bu fərqindəlik yaradacaq.
4. Yeni ildə münasibətiniz üçün yeni qərar qəbul edin
Münasibəti gərginləşdirən problemlər ola bilər. Bir-biriniz sözünü davamlı kəsmək, mesajlara verilən cavab və b. problemlər sizi əsəbləşdirə bilər. Hər nə olsa da iki tərəf də yeni ildə yoldaşından dəyişiklik etməsini istəyə bilər. Cütlük olaraq hədəflər müəyyənləşdirib yeni qərarlar qəbul edin. Bu il münasibətini daha güclü etmək üçün qərarlar qəbul edin.