Görünüşə fikir vermək
Biri ilə münasibətə başlamadan əvvəl o insanın görnüşünə fikir veririk. Bu mövzuda tələsməyin. Görünüş hər şey deyil. Xasiyyətə də fikir verin. Qarışınızdakı insanın daxili dünyasını da tanıyın.
Dostlarınızın və ailənizin düşüncələrinə dəyər vermək
Ətrafımızın qərarlarınızı dəstəkləməsini istəyə bilərsiniz. Bu həmişə müsbət hal olmaya bilər. Özünüz nə istəyirsiniz və necə xoşbəxt olduğunuzu nəzərə alın.
Eyni təhsil səviyyəsində olmaq
Sadəcə öz təhsil səviyyənizdə insanlarla görüşürsünüzsə, özünüzə bu mövzuda sərhəd qoyursunuz. Əsas olan intelektual səviyyənizin eyni olmasıdır.
Fiziki cazibə mükəmməl olmalı
Fiziki və cinsi cazibə münasibətin müxtəlif dövrlərində dəyişən haldır. Buna görə münasibəti dəyərləndirmək düzgün deyil.
Pula həddindən artıq dəyər vermək
Pul vacibdir, ancaq varlı olmaq və çox pul yığmaq daha yaxşı münasibət demək deyildir.
Əsla münaqişə etməmək
Hər münasibətin münaqişəsiz və davasız olduğu hal yalnışdır. İstənilən cütlüyün arasında anlaşılmazlıq və dava ola bilər, əsas olan bu problemlərin öhdəsindən gəlmək bacarığıdır.