Qadin.NET / Hər gün...

Hər gün...

 

Hər gün yolunu gözləyəcəyəm.Hər gün ümid bağçama su verəcəyəm.Ümidlərim həqiqət olana kimi.Səni görənə kimi...Hər gün ürəyimdə bir ümid nəğməsi səslənəcək-xoşbəxtlik nəğməsi.Göz yaşımı boğa-boğa,sənsizliyə dözə-dözə yaşayacağam...Ağlamıram,göz yaşımı sevinc üçün qoruyuram.Vüsal günü çəkdiyim əzablara ağlaya-ağəaya gülmək istəyirəm.Göz yaşlarımı xoşbəxt günümdə sevincin şirin badəsi kimi içmək istəyirəm...

    Hər gün... 

O gün üçün qoruyuram göz yaşlarımı.Məni sevməsən,məni atsan o gündən səhərlərim açılmaz,günəş mənim üçün doğmaz olacaq.Çünki yanımda  sən olmayacaqsan.Səhərlərimi,gecələrimi,ömrümün ən gözəl günlərimi sənə bağışlayacağam.


Sənə vurğun ürəyim sənin üçün döyünəcək... 


 Gecələr səni yuxuma çağıracağam.Yuxuma necə gəlmisən,bilməyəcəksən.Səni oyatmaram,yuxuna haram qatmaram.Göz yaşlarımdan islanmayasan deyə üstünə çətir tutaram.Əllərinə həsrətlə baxa-baxa göz yaşımı özüm silərəm....


Məni sevəcəyin gün günəşin işığı ,hərarəti çoxalacaq.Məni sevəcəyin gün dünyanı xoşbəxt bir qəh-qəhə bürüyəcək.Dünya xoşbəxtlərə çevriləcək....Göz yaşlarımı sevinc üçün saxlayıram.Hər gün yolunu gözləyəcəyəm...Hər gün ümid bağçama su verəcəyəm ümidlərim həqiqət olana kimi...


Hər gün...

4 sentyabr 2011
GO BACK