Enerjinizinin tükəndiyini hiss edirsinizsə
Qarşınızdakı insan həyat enerjinizi əmərək yaşayırsa, bu halda enerjinizi tükənən siz olacaqsınız. Əgər enerjinizi boşaldan, yorğun və tükənmiş hiss etməyinizə səbəb olan biri ilə birlikdə olduğunuzu düşünürsünüzsə, xoşbəxtlik qaçınılmazdır.
Davamlı günahlandırılırsınızsa
Əgər əsəb və problemlərə görə davamlı sizi günahlandırmağa meyilli biri ilə birlikdəsinizsə, özünüzü müdafiə edərkən çox enerji sərf edəcəksiniz. Sizi anlamayan birinə açıqlama vermək də yorucudur. Yoxsa zamanla özünüzə olan inamınızı da itirərsiniz.
Şəxsi inkişafınız üçün vaxt ayırmırsınızsa
Sağlam münasibətlər şəxsi inkişaf üçün etibarlı sığacandır. Münasibətinin həyatda qalması üçün inkişafını və xoşbəxtliyini qurban verən insanlar özlərini tənha hiss edər.
Özünüz haqqında mənfi düşünürsünüzsə
Sizi olduğunuz daha yaxşı insana çevirməyən münasibətlərə diqqət edin. Əgər münasibətiniz özünüzü pis hiss etməyə səbəb olursa, bu münasibəti bitirməlisiniz.
Qarşınızdakı insanı dəyişdirməyə çalışırsınız
Qarşılıqlı hörmətin olduğu yerdə hamı bir-birini olduğu kimi qəbul edər. Əgər qarşı tərəfi dəyişdirməyə çalışırsınızsa, siz bu münasibətə layiq deyilsiniz.