1. Onu dinləyin, hər kəliməsinə dəyər verərək dinləyin.
2. Dəyərli olduğunu hiss etdirin, amma bunu sözlərlə yox hərəkətlərinizlə göstərin.
3. Onu başqaları ilə müqayisə etməyin, ona tək və xüsusi olduğunu hiss etdirin.
4. Ünsiyyət qurun, münaqişə etsəniz də, mütləq danışın, dərdinizi qarşılıqlı paylaşın.
5. Eyni fikir olmasanız da, onun seçimlərinə hörmətlə yanaşın, qərarlarına qarışmayın, onun fərd olduğunu unutmayın.
6. Söz verdinizsə tutun, əsla unutmayacaq.
7. Hər kəs kimi onun da həssas olduğu anlar olacaq, yanında olun.
8. Hər zaman problemlərini həll edə bilməsəniz də, yanında olduğunuzu bilmək onu gücləndirəcək.
9. Sadəcə sevgilisi olmayın, ən yaxın və sadiq dostu da olun.
10. Hər şeydə əvvəl hörmət qoyun, sevgi kifayət deyil.
11. Hər qadının zəif nöqtəsi qayğıya həmişə ehtiyacı olmasıdır, bunu ondan əsirgəməyin. Sürprizlər edin, xoşbəxt edin.
12. Hər qadının fərqli ehtiyaclarını, məqsədləri və istəklərini olduğunu unutmayın. Onu olduğu kimi qəbul edin və ona görə davranın.
13. Unutmayın ki, onu sevmək hər verdiyiniz bir qərar, sizin qərarınızdır.